Bakı ilə əməkdaşlığa xitam vermək... - ABŞ

Bakı ilə əməkdaşlığa xitam vermək... - ABŞ

Azərbaycanla əməkdaşlığa xitam vermək ABŞ-ın maraqlarına zidd olardı.

Trend verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinq zamanı deyib.

"Biz heç vaxt deməmişik ki, Azərbaycanla əməkdaşlığı davam etdirmək fikrində deyilik. Bu, bizim maraqlarımıza, eləcə də regionda sülh və təhlükəsizlik maraqlarına ziddir", - deyə o bildirib.

Miller qeyd edib ki, ABŞ həm Azərbaycan, həm də Ermənistanla birbaşa əlaqələri davam etdirir və onları davamlı sülhü təmin etməyə çağırır.

"Bu əlaqələr, diplomatik səylərimizin diqqət mərkəzində olmaqda davam edəcək", - deyə o bildirib.

Qeyd edək ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen dekabrın 6-8-də Azərbaycanda səfərdə olacaq.

O, ikitərəfli münasibətləri gücləndirmək və Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləmək üçün Bakıda Azərbaycan rəsmiləri ilə görüşəcək.


Tarix: 6-12-2023, 09:00


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31