Editor.az-ın xəbəri TƏSDİQ OLUNDU: Qalmaqallı məmur vəzifədən AZAD EDİLDİ

 

Bir neçə gün əvvəl Editor.az Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov tutduğu vəzifədən azad edilməsi ilə bağlı xəbər yaymışdı.

Qeyd olunurdu ki, Anar Məmmədovun bağçalara, məktəblərə direktor, direktor müavini təyin edilməsinin müsahibə mərhələsində yol verdiyi nöqsanlarla bağlıdır. Mənbə iddia edir ki, Anar Məmmədov müsahibələr vaxtı müəllimlərə münasibətdə göstərdiyi adekvat olmayan yanaşma kütləvi etiraz doğurub və onun vəzifəsini itirməsi ilə nəticələnib.

Bu gün Bakı şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidməti rəsmi şəkildə xəbəri təsdiqləyib. Qeyd edib ki,  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov ilə bağlanmış əmək müqaviləsinə müddəti bitdiyinə görə xitam verilib.

//Editor.az


Tarix: 8-01-2025, 15:20


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31