
Gəncə "İmamzadə ziyarətgah" kompleksində və bu istiqamətdəki yollarda MKTİB tərəfindən genişmiqyaslı təmizlik işləri həyata keçirilib
İslam dünyasının müqəddəs aylarından biri olan Məhərrəm ayında Gəncənin "İmamzadə ziyarətgah" kompleksinə gələn sakinlərin və şəhərimizin qonaqlarının rahatlığının təmin edilməsi məqsədilə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvəsi və texnikaları vasitəsilə təmizlik işləri görülüb. Belə ki, "İmamzadə ziyarətgah" kompleksinin daxili və ətraf əraziləri qurumun texnikaları vasitəsilə təzyiqli su ilə yuyularaq təmizlənib. Ziyartəgahın ərazisində mövcud olan fontanda təmir işləri götülüb. Bundan başqa MKTİB tərəfindən kompleksin ərazisi və ziyarətgaha aparan yollar məişət tullantılarından, alaq otlarından və toz-torpaqdan təmizlənib, yaşıllıq massivlərinə aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib. Yol boyu mövcud olan zibil qutuları, konteynerlər boşaldılıb və təzyiqli su ilə yuyulub. Bundan başqa sözügedən məkanda daş, qum, torpaq qalıqları, xəzəl və məişət tullantıları yığılaraq ərazidən daşınması təmin edilib. Qeyd edək ki, Gəncənin "İmamzadə ziyarətgah" kompleksi Məhərrəm ayı ərzində müsəlamanlar tərəfindən ən çox ziyarət edilən ibadət ocaqlarından biri sayılır.
Gəncə şəhəri – Azərbaycanın qədim tarixə malik, müasir siması və dinamik inkişaf tempilə seçilən şəhərlərindən biridir. Bu şəhərin gözəlliyi və rahatlığı təkcə tikilən yeni binalarla deyil, gündəlik həyatda insanların hiss etdiyi səliqə-sahman, təmizlik, kommunal rahatlıq və infrastrukturun işlək vəziyyətdə olması ilə müəyyən olunur. Məhz bu sahədə uzun illərdir böyük təcrübə, fədakarlıq və prinsipiallıqla çalışan şəxslərdən biri də Gəncə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbəri Elşad Əsgərovdur.
Elşad müəllim, kommunal sahənin çətinliklərini dərindən bilən, vətəndaş məmnuniyyətini hər zaman ön planda tutan idarəçidir. Onun rəhbərliyi altında Gəncə şəhərində yüzlərlə yaşayış binasının, həyət və məhəllələrin, küçələrin və parkların təmizliyi, abad saxlanılması və daimi nəzarətdə olması təmin edilir. O, bu sahəyə sadəcə texniki məsuliyyət kimi yanaşmır – Elşad Əsgərov üçün bu iş, insanlara xidmətin bir növ mənəvi borcudur.
Onun təşəbbüsü ilə şəhər üzrə məhəllədaxili yolların bərpası, binaların fasadlarının təmiri, ağacların budanması, həyətlərdə uşaq meydançalarının salınması, parklarda abadlıq işlərinin aparılması kimi işlər geniş miqyasda həyata keçirilib. Hər bir məhəlləyə fərdi yanaşma sərgilənir, insanların istəkləri, şikayətləri dinlənilir və operativ şəkildə həll olunur.
Elşad Əsgərovun iş prinsipində əsas dəyərlərdən biri də şəffaflıq, məsuliyyət və əməkdaşlıqdır. O, həm idarə etdiyi kollektivlə, həm də şəhər sakinləri ilə daima açıq ünsiyyət saxlayır. Şəhərin müxtəlif yerlərində keçirilən monitorinqlər, ərazi baxışları və sakinlərlə görüşlər bir məqsədə xidmət edir – Gəncəni daha təmiz, daha abad, daha yaşamalı bir şəhərə çevirmək.
Ən diqqətçəkən məqamlardan biri də Elşad müəllimin sosial məsuliyyət prinsipinə olan sadiqliyidir. Xüsusilə şəhid ailələri və qazilərin yaşadığı binaların ətrafında abadlıq işlərinə xüsusi diqqət ayrılır. Bu kateqoriyaya aid ailələrin qarşılaşdığı hər bir kommunal məsələ onun şəxsi nəzarətində olur. Elşad Əsgərov dəfələrlə şəhid ailələrini ziyarət etmiş, onların həyat şəraitinin yaxşılaşdırılması üçün konkret tədbirlər həyata keçirmişdir.
Eyni zamanda, o, Gəncədə keçirilən müxtəlif dövlət səviyyəli tədbirlərdə, şəhər bayramlarında, ağacəkmə aksiyalarında, abadlıq aylarında da aktiv iştirak edir və öz rəhbərlik etdiyi kollektivlə bu tədbirlərə ön sırada qoşulur. Bu, onun işə olan yanaşmasının bir sübutudur – rəhbərlik təkcə göstəriş vermək deyil, həm də nümunə olmaqdır.
Prezident İlham Əliyevin şəhərlərin, xüsusilə də regional mərkəzlərin müasirləşdirilməsi və yaşayış mühitinin yaxşılaşdırılması ilə bağlı verdiyi tapşırıqların yerinə yetirilməsində Elşad Əsgərovun fəaliyyəti mühüm rol oynayır. O, dövlət siyasətinin yerli səviyyədə düzgün icrasını təmin edən, mərkəzi göstərişləri konkret nəticəyə çevirən təcrübəli rəhbərdir.
Bugünkü Gəncə – daha təmiz küçələri, səliqəli parkları, abad həyətləri və bərpa edilmiş binaları ilə təkcə şəhərin tarixi gözəlliyini qoruyub saxlamır, eyni zamanda gələcəyə doğru inamla irəliləyir. Bu inamın və inkişafın arxasında duran əsas simalardan biri isə məhz Elşad Əsgərovdur.
Onun fəaliyyəti – sükutla görünən, zəhmətlə yazılan və vətəndaş məmnuniyyəti ilə qiymətləndirilən bir idarəçilik salnaməsidir. Elşad Əsgərovun rəhbərliyi ilə Gəncə daha abad, daha rahat və daha cazibədar olur – çünki o, şəhərə və insana xidmətin əsl mənasını anlayan, zəhməti ilə iz qoyan rəhbərdir.
Bölməyə aid digər xəbərlər