
Milli prokurorluq orqanları cinayətkarlığın bütün təzahürlərinə, o cümlədən dövlətin konstitusiya quruluşunun əsaslarına qəsd edən cinayətlərə qarşı mübarizənin ön sırasında dayanırlar. Bununla da onlar təkcə qanunçuluğun təmin edilməsi vəzifəsini yerinə yetirmir, eyni zamanda, konstitusion nizamın və suverenliyin qorunmasına xidmət edirlər. Bu baxımdan prokurorluq orqanları da dövlət suverenliyinin keşikçiləri hesab olunurlar.
Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.
Dövlətimizin başçısı müraciətində qeyd edib ki, dost ölkələrin milli prokurorluq xidmətlərinin rəhbər şəxslərinin də daxil olduğu nümayəndə heyətlərinin bu tədbirə qatılması dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsinə verdikləri önəmin təzahürüdür.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, hazırkı tədbir prokurorluq fəaliyyəti ilə bağlı qabaqcıl təcrübələrin mübadiləsi, ümumi çağırışların müəyyən edilməsi və onların birgə həlli yollarının müzakirəsi, qarşılıqlı əməkdaşlığın güclənməsi məqsədlərinə töhfə verəcək.
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.