23:40 / 30-03-2026
Tural Məmmədov: Qan yaddaşı
Prezident xanımı ilə Gəncədə III MDB Oyunlarının açılışını izlədi - Fotolar

Prezident xanımı ilə Gəncədə III MDB Oyunlarının açılışını izlədi - Fotolar

Sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib.

“ Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbiri izləyiblər.

Əvvəlcə Azərbaycanın üçrəngli Bayrağı arenaya gətirilib və Dövlət Himnimizin sədaları altında ucaldılıb.

Sonra III MDB Oyunlarında iştirak edən ölkələrin idmançılarının təntənəli paradı olub.

Açılış mərasimində Azərbaycan Bayrağını karateçimiz Asiman Qurbanlı və taekvondoçumuz Zemfira Həsənzadə arenaya gətiriblər.

Sonra III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov və Müstəqil Dövlətlər Birliyinin Baş katibinin müavini Nurlan Seytimov çıxış ediblər.

Daha sonra idmançıların və onların məşqçilərinin andiçmə mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev III MDB Oyunlarını açıq elan edib.

Tədbir bədii hissə ilə davam edib.


Tarix: 28-09-2025, 20:49


Bölməyə aid digər xəbərlər


«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930