"Qarabağ" xalqımızı qürurlandırmaqda davam edir - Prezident

"Qarabağ" xalqımızı qürurlandırmaqda davam edir - Prezident

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda "Kopenhagen"ə 2:0 hesabı ilə qalib gələn "Qarabağ"la bağlı paylaşım edib.

Ölkə başçısı Azərbaycan çempionunun uğuru ilə bağlı bunları yazıb: 

"Danimarka çempionu “Kopenhagen” futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm.

Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən “Qarabağ” dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir".


Tarix: Dünən, 09:19


Bölməyə aid digər xəbərlər