
“İyirmi il əvvəl İlham Əliyev Azərbaycan dövlətinin başçısı oldu. Xaricdə onun haqqında çoxlu neqativ sözlər deyilirdi - bu təəccüblü deyil. Axı bu müddət ərzində Azərbaycan iqtisadiyyatı yüksəldi, ölkə öz qanuni sərhədlərinə qayıtdı və regionda lider mövqe tutdu”.
Bu fikirlər “Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan yeni süjetdə səslənir.
“Qərbdə və Şərqdə tənqidçilər bəlkə də bu inkişafın müstəqil şəkildə həyata keçirilməsindən və ölkəmizin dünya güclərinin istəklərinə tabe olmamasından qıcıqlanırlar. Əslində, Bakı onların göstərişlərinə, qeydlərinə əməl etsəydi, ölkəni yaxşı heç nə gözləməyəcəkdi. Azərbaycan rəhbərliyi son onilliklərdə inkişafda uğur qazanmış bir neçə başqa dövlətin ardınca nümayiş etdirdi ki, ölkəni ancaq kənardan tətbiq edilən modelləri rədd etməklə, bu və ya digər beynəlxalq bloka daxil etmək cəhdlərini dayandırmaqla irəli aparmaq olar”, - videomaterialda vurğulanır.
Daha ətraflı “Caliber”in yeni süjetində:
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.