Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası (MSK) bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə qərar qəbul edib.
Musavat.com xəbər verir ki, MSK Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alıb:
Çingiz Namizəd oğlu Həsənli 4 saylı Naxçıvan şəhər, Yadigar Ayaz oğlu Bağırov 101 saylı Samux-Şəmkir, Babək Yaşar oğlu Abbasov 102 saylı Şəmkir şəhər, Vüqar Lətif oğlu Bayramov 103 saylı Şəmkir kənd seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.
Ramil Əsgər oğlu Sadiqov 4 saylı Naxçıvan şəhər, Qalib Natiq oğlu Abbasov 78 saylı Lənkəran kənd, Azər Rasim oğlu Ələsgərov 101 saylı Samux-Şəmkir, Əli Abbas oğlu İsmayılov və Mübariz Ələddin oğlu Cəfərov 103 saylı Şəmkir kənd seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.