
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin çağırışçıları xidmətdən yayındırmaqda ittiham olunan əməkdaşlarının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, müttəhimlər - Savalan Rəsulov 3 il 6 ay, Fərid İsmayılov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə istintaqı dövründə müttəhimlər özlərini təqsirli bilməyib, bəraət hökmü çıxarılmasını xahiş ediblər.
Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin baş zabiti S.Rəsulov və idarənin zabiti F.İsmayılov nüfuz alverində təqsirli biliniblər. İttihama görə, onlar hərbi-həkim komissiyasının üzvlərinin qərar qəbul etmələrinə qanunsuz təsir edib, çağırışçıların xidmətdən yayınmaları müqabilində ümumilikdə 67 min manat pul alıblar.
Hər iki zabit Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddəsi ilə ittiham elan edilib.
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.