23:40 / 30-03-2026
Tural Məmmədov: Qan yaddaşı
Naxçıvan DİN-dən ƏMƏLİYYAT: Saxta dollar gətirən dəstə ƏLƏ KEÇDİ - FOTO

Naxçıvan DİN-dən ƏMƏLİYYAT: Saxta dollar gətirən dəstə ƏLƏ KEÇDİ - FOTO

Daxili işlər orqanlarının əməkdaşları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirib.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə saxta dollar əsginaslarını gizli yollarla gətirən dəstə zərərsizləşdirilib.

 Həmin şəxslər saxlanılan zaman onların üzərindən 10 000 saxta ABŞ dolları götürülərək istintaqa təqdim edilib.
Dəstənin digər üzvlərinin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir.


Tarix: 19-12-2023, 16:00


Bölməyə aid digər xəbərlər


«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930