"Qarabağ"ın futbolçusu Olavio Juninyo Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda evdə "Lion"a uduzduqları matç (1:4) haqqında fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, görüşdən sonra "CBC Sport"a açıqlama verən 28 yaşlı hücumçu qol şanslarını yararlana bilmədiyinə görə təəssüflənib:
"Keyfiyyətli komandaya qarşı oynadığımızın fərqində idik. Çoxlu qol epizodları yaratdıq. Təkcə mənim 3 qol şansım oldu. Təəssüf ki, bu imkanlardan yararlana bilmədim. Bəxt amili də öz sözünü dedi. Ümumi götürdükdə Fransanın ən yaxşı komandalarından birinə qarşı çıxış etdik. Amma buna baxmayaraq, öz komandama, yoldaşlarıma inanıram".
Braziliyalı forvard Ağdam təmsilçisinin yaxşı çıxış etdiyini vurğulayıb: "Əslində yaxşı oyun nümayiş etdiririk. Belə böyük rəqiblərə qarşı matçlarda oyunun taleyini bəzi detallar həll edir. Qarşıda Premyer Liqa matçımız var. Həmin görüşə köklənməliyik. Bundan sonra yenidən Avroliqanın oyunlarını fikirləşəcəyik".
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.