“Qızıl Top”un sahibi bəlli oldu: Digər mükafatçılar da müəyyənləşdi

“Qızıl Top”un sahibi bəlli oldu: Digər mükafatçılar da müəyyənləşdi

Bu gün “Qızıl Top” mükafatının sahibi açıqlanıb.

Kişilər arasında bu ada PSJ-nin ulduzu Osman Dembele layiq görülüb.

Qadın futbolçular arasında isə mükafatı “Barselona”nın futbolçusu Aytana Bonmati qazanıb.

Mərasim Parisdəki Şatle teatrında keçirilib. 

“Qızıl top”un təltifetmə mərasimində ilin ən yaxşı klubu müəyyənləşib. Həmçinin digər nominasiyalarda da qaliblər müəyyənləşib.

İlin ən yaxşı klubu - PSJ (Fransa)

İlin ən yaxşı gənc futbolçusu - "Barselona"nın üzvü Lamin Yamal ( Kopa Kuboku)

“Lev Yaşin” mükafatının qalibi - "Mançester Siti"nin qapıçısı Canluici Donnarumma

İlin ən yaxşı məşqçisi - PSJ-nin baş məşqçisi Luis Enrike (Yohan Kroyf mükafatı)


Tarix: 23-09-2025, 09:19


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31