
AFFA İntizam Komitəsinin iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, iclasda Misli Premyer Liqasının 5-ci turunun oyunlarında baş vermiş qayda pozuntularınaa hüquqi qiymət verilib:
“Sabah” – “Turan Tovuz” matçına Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə ev sahibi 2000 manat cərimə edilib.
“Araz-Naxçıvan”ın müdafiəçisi Slavik Alxasov "Qarabağ"la oyunun 28-ci dəqiqəsində ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluz cəzalandırılıb. Futbolçunun hərəkətinə görə klub 500 manat cərimələnib.
"Qarabağ" isə azarkeşlərinə görə ziyana düşüb. Ağdam təmsilçisinin azarkeşləri "Araz-Naxçıvan"la qarşılaşmanın 60-cı dəqiqəsində rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyi üçün klub 5000 manat cərimə ödəməli olacaq..
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.