UEFA ÇL: "Qalatasaray" "Liverpul"a qalib gəldi

UEFA ÇL: "Qalatasaray"  "Liverpul"a qalib gəldi

UEFA Çempionlar Liqasının əsas mərhələsində II tura start verilib.

İlk olaraq doqquz oyun keçirilib.

Türkiyə təmsilçisi "Qalatasaray" İstanbulda İngiltərənin "Liverpul" klubuna minimal hesabla qalib gəlib. Qazaxıstanın "Kayrat"ı isə "Real Madrid"in qarşısında aciz qalıb. Belə ki, İspaniya klubu 5 cavabsız qol vurub. İspaniyanın digər klubu "Atletiko"da "Ayntraxt"a eyni sayda qol vurub.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

II tur

"Kayrat" (Qazaxıstan) - "Real" (İspaniya) - 0-5

"Atalanta" (İtaliya) - "Brügge" (Belçika) - 2:1

"Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə) - 1:0

"Atletiko" (İspaniya) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 5:1

"Budyo Qlimt" (Norveç) - "Tottenhem" (İngiltərə) - 2:2

"Çelsi" (İngiltərə) - "Benfika" (Portuqaliya) - 1:0

"İnter" (İtaliya) - "Slaviya" (Çexiya) - 3:0

"Marsel" (Fransa) - "Ayaks" (Niderland) - 4:0

"Pafos" (Kipr) - "Bavariya" (Almaniya) - 1:5

Qeyd edək ki, II turun digər doqquz oyunu bu gün baş tutacaq.


Tarix: 1-10-2025, 09:14


Bölməyə aid digər xəbərlər


«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031