
Zəngəzur istiqamətində rus sərhədçiləri bölgəni tərk etməyə başlayıb.
Bu barədə Qafanın Nerkin Hand kənd icmasının rəhbəri Xaçatur Bağdasaryan məlumat verib.
Onun sözlərinə görə, mayın 12-də onlar rus sərhədçilərinin tarlada rabitə kabellərini yığdığını görüblər. "Yəqin ki, bölgəni tərk edirlər", - o qeyd edib.
Rusiya sərhədçiləri bu əraziyə 44 günlük müharibədən sonra Ermənistan hökumətinin təşəbbüsü ilə yerləşdirilib.
Kremlin mətbuat katibi Rusiya hərbçilərinin və sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılması prosesinin mayın 8-də Moskvada Ermənistan və Rusiya başçılarının görüşü zamanı razılaşdırıldığını açıqlayıb. Peskovun sözlərinə görə, İrəvanın tələbi ilə Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində qalmağa davam edəcək.
Ermənistan hakim “Vətəndaş müqaviləsi” partiyasının parlament fraksiyasının rəhbəri Hayk Koncoryan bildirib ki, Rusiya sərhədçiləri Basarkeçər (Geqarkunik), Zəngəzur (Sünik), Tavuş, Ararat və Dərərləyəz "Vayots Dzor" bölgələrini, həmçinin "Zvartnots" hava limanını tərk edəcəklər.
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.