
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev müasir dövlətçilik tariximizin ən parlaq simalarından biri, güclü siyasi iradəyə malik, uzaqgörən və xalqına dərin sevgi ilə bağlı bir liderdir. Onun rəhbərliyi ilə Azərbaycan nəinki regionun aparıcı dövlətlərindən birinə çevrilmiş, həm də dünyada etibarlı tərəfdaş kimi tanınmışdır.
Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində ölkəmiz hərtərəfli inkişaf yoluna qədəm qoymuşdur. Strateji sahələrdə islahatlar aparılmış, iqtisadiyyat şaxələndirilmiş, yeni texnologiyalara əsaslanan sənaye zonaları yaradılmış və qeyri-neft sektoru xüsusi diqqət mərkəzinə çəkilmişdir. Onun iqtisadi siyasəti Azərbaycanın gələcəyini təmin edən əsas dayaqlardan biri olmuşdur.
Lakin İlham Əliyevin böyüklüyü yalnız iqtisadi sahədə deyil, həm də xalqına olan sevgisində və diqqətində özünü göstərir. Şəhid ailələri, müharibə veteranları, qazilər, sosial baxımdan həssas təbəqələrin müdafiəsi onun fəaliyyətində xüsusi yer tutur. Prezidentin birbaşa təşəbbüsü və göstərişi ilə yüzlərlə şəhid ailəsi yeni mənzillərlə təmin olunmuş, müharibə iştirakçılarına reabilitasiya və sosial dəstək proqramları həyata keçirilmişdir. Bu, sadəcə dövlət başçısının vəzifəsi deyil, həm də səmimi bir vətəndaşlıq borcunun nümunəsi kimi qiymətləndirilir.
Ali Baş Komandan kimi İlham Əliyevin adı Azərbaycanın hərb tarixində qızıl hərflərlə yazılıb. 44 günlük Vətən müharibəsi zamanı onun müdrik komandanlığı, diplomatik bacarığı və qətiyyəti sayəsində Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi. Qarabağ torpaqları işğaldan azad olundu, vətənin bütövlüyü təmin edildi. Bu, bir millətin qürurunun, ləyaqətinin və əzminin təntənəsi idi – bu qələbənin arxasında İlham Əliyev dayanırdı.
Bütün dünyada sülhün, əmin-amanlığın və beynəlxalq hüququn müdafiəçisi kimi tanınan Prezident İlham Əliyev, həm də Azərbaycanın müstəqil siyasətini formalaşdıran və qoruyan nadir liderlərdəndir. Onun “Azərbaycan xalqının iradəsi mənim siyasətimdir” prinsipi, milyonlarla vətəndaşın inamına və dəstəyinə çevrilib.
Prezident İlham Əliyev, həm dövlət başçısı, həm Ali Baş Komandan, həm də xalqın içindən çıxan bir lider kimi, milli maraqları hər zaman ön planda tutaraq tarixə Azərbaycanı müasir və güclü dövlətə çevirən şəxsiyyət kimi düşüb və düşəcəkdir.
Bölməyə aid digər xəbərlər