
Azərbaycan həqiqətən heyrətamiz və çoxşaxəli ölkədir.
Bunu “Sea Breeze”in sahibi və təsisçisi, “Agalarov Development”in prezidenti Emin Ağalarov Bakıda I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində bildirib.
“Bizim üçün bütün sahələrdə inkişafın şahidi olmaq və burada dünyanın hər yerindən insanları birləşdirən nə qədər böyük beynəlxalq tədbirlərin keçirildiyini görmək xüsusi qürurdur”, – o qeyd edib.
E.Ağalarov Azərbaycan hökumətinə təşəkkür edib: “İlk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevə onun baxışı, liderliyi və bu tədbirin bu gün burada keçirilməsini mümkün etdiyi üçün təşəkkürümü bildirmək istəyirəm. Onun baxışı bunu regionun ən böyük turizm obyektlərindən birinə çevirir. Ümid edirik ki, sizə daha çox şey göstərmək imkanımız olacaq”.
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.