“İlham Əliyev əsl dostdur, bunu hər kəs haqda demək asan deyil”

“İlham Əliyev əsl dostdur, bunu hər kəs haqda demək asan deyil”

“Azərbaycan və Prezident İlham Əliyev bizim strateji tərəfdaşımızdır. O, hətta əsl dostdur və indiki dünyada bunu hər kəs haqqında demək asan deyil”.

“Bu sözləri AZƏRTAC-a açıqlamasında Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev təkcə Serbiyada tanınmış lider deyil, həm də Serbiya xalqının sevdiyi şəxsdir.

“Eyni zamanda, biz müxtəlif səviyyələrdə əməkdaşlığımızı genişləndirdik. Bir gün əvvəl parlament sədrimiz Bakıda, sizin ölkənizdə oldu və biz kənd təsərrüfatından tutmuş hərbi-texniki əməkdaşlığa qədər müxtəlif sahələrdə, müxtəlif məsələlərdə əməkdaşlıq edirik. Biz bunu gələcəkdə də edəcəyik, əməkdaşlığın səviyyəsini yüksəldəcəyik və təkmilləşdirəcəyik. Azərbaycanlı dostlarımıza və qardaşım Prezident İlham Əliyevə ən xoş arzularımı çatdırıram”, - Serbiya Prezidenti əlavə edib.


Tarix: 26-09-2025, 10:25


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31