Ərdoğan Azərbaycana gəlir

Ərdoğan Azərbaycana gəlir

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına səfər edəcək.

Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələ şəhərində keçiriləcək növbəti sammitində iştirak edəcək.

Qeyd edək ki, "Regional sülh və təhlükəsizlik" mövzusu altında keçirilən görüşün gündəliyinə təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələləri daxildir.

Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Şimali Kipr Türk Cümhuriyyətinin (SKTC) Prezidenti Ersin Tatarın oktyabrın 6-da Azərbaycana səfər edəcəkləri barədə məlumat verilib.


Tarix: 6-10-2025, 09:20


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930