Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı qəbul edib.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Binəli Yıldırımla görüşləri, həmçinin onun ölkəmizə səfərləri məmnunluqla xatırlandı.
Qonaq Türk Dövlətləri Təşkilatının fəaliyyətinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək vurğuladı ki, Təşkilatın Ağsaqqallar Şurası bundan sonra da türk dövlətləri arasında əməkdaşlığın inkişafı prosesinə öz töhfəsini verməyə davam edəcək.
Görüşdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün əhəmiyyətinə toxunuldu, ölkəmizdə təşkil edilmiş digər beynəlxalq tədbirlər kimi bu sammitin də yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olundu.
Söhbət zamanı Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə daha da genişlənməsi qeyd edildi.
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.