
Moskva nə Rəşt–Astara dəmir yolunun maliyyələşdirilməsini, nə də İran, Rusiya və Azərbaycanın enerji şəbəkələrinin birləşdirilməsi prosesini dayandırmaq barədə heç bir məlumat göndərməyib.
"Bu barədə İranın Yol və Şəhərsalma Nazirliyinin Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Amin Tərfan açıqlama verib. Onun sözlərinə görə, Rusiya ilə maliyyələşdirmə barədə razılaşma qüvvədədir və layihənin dayandırılması ilə bağlı heç bir rəsmi bildiriş daxil olmayıb.
“Layihə əvvəlcədən razılaşdırılmış plan üzrə davam edir,” – deyə Tərfan bildirib.
Rəsmi Tehranın nümayəndəsi əlavə edib ki, gələn həftə Bakıda İran–Rusiya–Azərbaycan formatında ikinci üçtərəfli görüş keçiriləcək.
Görüşün əsas mövzusu “Şimal–Cənub” nəqliyyat dəhlizinin inkişafı olacaq. Tərəflər infrastruktur və gömrük məsələlərini müzakirə edəcək, marşrutun buraxılış qabiliyyətinin artırılması üçün konkret qərarlar nəzərdən keçiriləcək.
Həmçinin Astara marşrutu üzrə səfərin təşkili və prosedur məsələlərinin həlli planlaşdırılır.
Tərəflər yüklərin illik daşınma həcmini 8 milyon tona çatdırmaq istiqamətində müzakirələr aparacaqlar.
Bu bəyanat Rusiya–İran–Azərbaycan əməkdaşlığının strateji əhəmiyyətini və Şimal–Cənub dəhlizinin region üçün önəmini bir daha təsdiqləyir.(Musavat.com)
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.