
15 min manatdan artıq olan ödənişləri nağd həyata keçirən vergi ödəyiciləri cərimələnəcək.
Xəzər TV bildirir ki, bu Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb. Millət vəkili Azər Badamov bildirib ki, nağd ödənişlərin həcmi indiki təkliflə 3 kateqoriyaya bölünüb.
Azər Badamov qeyd edib ki, qiymətli daşların, qiymətli metalların alqı-satqısı üzrə ümumi məbləği on beş min manatdan artıq olan ödənişləri nağdsız qaydada həyata keçirməyən vergi ödəyicilərinə maliyyə sanksiyası tətbiq ediləcək.
Bu sanksiya avtomobil satışı zamanı tətbiq edilməyəcək.
Yeni qaydaları pozanlara aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcək.
Qanun qəbul ediləcəyi halda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Videomaterialı təqdim edirik:
<embed width="670" height="400" src="https://newstube.az/embed/175524" frameborder="0" allowfullscreen></embed>
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.