
Gəncə şəhərinin təhsil və səhiyyə sistemində xüsusi önəm daşıyan Gəncə Tibb Kolleci bu gün inkişaf və yenilənmə dövrünü yaşayırsa, bunun ən böyük səbəblərindən biri kollecin direktoru, təcrübəli təhsil təşkilatçısı Mehman Rzayevin fədakar fəaliyyəti və strateji yanaşmasıdır. O, kollecin idarəçiliyinə gəldiyi gündən etibarən tədris prosesinin modernləşdirilməsi, praktiki biliklərin artırılması, tələbələrin gələcək peşəkar fəaliyyətinə real hazırlığın gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü layihələr həyata keçirib. Onun rəhbərliyi altında kollecdə həm infrastruktur, həm də tədris proqramları müasir tələblərə uyğun şəkildə yenilənib.
Mehman Rzayev hər zaman hesab edir ki, tibb təhsili yalnız nəzəri biliklərlə kifayətlənməməli, tələbələr real klinik mühitdə təcrübə qazanmalıdırlar. Bu məqsədlə o, Gəncə və digər bölgələrdə fəaliyyət göstərən xəstəxana və poliklinikalarla sıx əməkdaşlıq əlaqələri quraraq tələbələr üçün geniş praktika imkanları yaradıb. Kollecin məzunlarının böyük əksəriyyətinin qısa zamanda işlə təmin olunması da məhz bu sistemli yanaşmanın nəticəsidir. O, həmçinin gənclərin peşəkar inkişafı ilə yanaşı, onların vətənpərvərlik ruhunda tərbiyəsinə də xüsusi önəm verir, kollecdə müxtəlif sosial layihələr, tədbirlər və maarifləndirici seminarlar təşkil etdirir.
Mehman Rzayevin rəhbərlik üslubu həm tələbələr, həm müəllimlər, həm də valideynlər tərəfindən yüksək qiymətləndirilir. O, hər bir əməkdaşın fikrinə hörmətlə yanaşan, kollektiv daxilində səmimi və sağlam əmək mühiti formalaşdıran bir rəhbərdir. Onun üçün rəhbərlik kreslosu imtiyaz deyil, məsuliyyətdir. Bu məsuliyyətin dərinliyini dərk etdiyinə görə də kollecin hər bir işinin ən incə detallarına qədər şəxsən nəzarət edir, problemlərin həllində operativ və ədalətli mövqe sərgiləyir. Məhz buna görə Gəncə Tibb Kolleci bu gün həm təhsil keyfiyyəti, həm də idarəçilik mədəniyyəti baxımından nümunəvi təhsil ocaqları sırasında göstərilir.
O, sosial həssas kateqoriyadan olan tələbələrə xüsusi diqqət göstərir, şəhid ailələrinin övladları, aztəminatlı ailələrdən olan gənclər üçün təhsil şəraitinin daha da əlçatan olması istiqamətində təşəbbüslər irəli sürür. Kollecdə belə tələbələrə həm mənəvi, həm də maddi dəstək göstərilməsi artıq bir ənənəyə çevrilib. Bu da Mehman Rzayevin sadəcə bir idarəçi deyil, həssas qəlbli, cəmiyyətin etimadını doğuran bir ziyalı olduğunu sübut edir.
Bütün bu fəaliyyətlər onu göstərir ki, Mehman Rzayev yalnız bu günün deyil, həm də gələcəyin təhsilinə xidmət edən uzaqgörən rəhbərdir. Onun məqsədi sadəcə yaxşı tibb mütəxəssisləri yetişdirmək deyil, həm də savadlı, məsuliyyətli, insanlıq dəyərlərinə sadiq olan vətəndaşlar yetişdirməkdir. Gəncə Tibb Kollecinin bu gün qazandığı nüfuz və etibar isə onun peşəkarlığının ən böyük göstəricisidir.
Bölməyə aid digər xəbərlər