Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkorrektorunun açılış mərasimi keçirilib.
Mərasimda Azərbaycan Prezidenti İlham Əliyev, Serbiya Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Prezidenti Rumen Radev iştirak ediblər.
Tutumu 1.8 milyard kub metr olan Serbiya-Bolqarıstan Qaz kəməri Azərbaycandan və Xəzər Regionundan Mərkəzi Avropa ölkələrinə qaz tranzitini təmin edəcək.ARDNŞ ilə Serbiya Qaz şirkəti arasında qaz təchizatına dair müqaviləyə əsasən Serbiyaya illik 400 milyon kub metrdən çox qazın tədarükü nəzərdə tutulur.
Beləliklə,yeni interkorrektorun istifadəyə verilməsi ilə Azərbaycan qazı ilə təchiz edilən ölkələrin sayı 9-a çatıb .Bu Azərbaycanın etibarlı enerji tərəfdaşı missiyasının genişlənməsinin və enerji təhlükəsizliyinin getdikcə artmasının bariz göstəricisidir.
Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, Azərbaycan-Serbiya strateji tərəfdaşlığı, siyasi, iqtisadi-ticari, energetika, nəqliyyat-logistika, müdafiə və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da yüksələn xətlə inkişaf edəcək.
Ölkələrimiz arasında mövcud olan münasibətlər, bunun inkişafı meyilləri belə bir proqnozla çıxış etməyə əsas verir ki, Azərbaycan-Serbiya əlaqələri yaxın gələcəkdə daha da inkişaf edəcək və bütövlükdə regionda sülhə, sabitliyə, demokratik inkişafa, sosial-iqtisadi yüksəlişə təkan verəcəkdir.
Məlum olduğu kimi, Serbiya və Azərbaycan arasında bir çox sahələr üzrə əməkdaşlığın böyük tarixi var. Bu iki ölkə strateji tərəfdaşdırlar və buna dair bir neçə sənəd imzalamışlar. Ən əhəmiyyətlisi də odur ki, ölkələrimiz hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, dəstəkləyir və bu siyasət dəyişməzdir.
Azərbaycanda Serbiya, Serbiyada Azərbaycan şirkətləri uğurla fəaliyyət göstərir.
Hazırda bu ərazilərdə sürətlə davam edən genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Serbiya şirkətləri də bu prosesə fəal şəkildə qatılmaq imkanına malikdir.
Azərbaycan ilə Serbiya arasında siyasi münasibətlər daim yüksək səviyyədə olub. Son illərdə Serbiya prezidentləri Azərbaycana bir neçə dəfə səfərə gəliblər. Səfərlər çərçivəsində keçirilən görüşlər zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi, müxtəlif sahələrdə münasibətlərin inkişafı istiqamətində müzakirələr aparılıb.
Azərbaycanın apardığı uğurlu xarici siyasət ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsini təmin edib.
“Azərbaycan-Serbiya əlaqələri dostluq və qarşılıqlı anlaşma üzərində qurulub”.
Məlum olduğu kimi, Serbiya və Azərbaycan arasında bir çox sahələr üzrə əməkdaşlığın böyük tarixi var. Bu iki ölkə strateji tərəfdaşdırlar və buna dair bir neçə sənəd imzalamışlar. Ən əhəmiyyətlisi də odur ki, ölkələrimiz hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, dəstəkləyir və bu siyasət dəyişməzdir.
Hazırda isə, iki ölkə arasında ticarət sahəsində aparılan əməkdaşlığın müsbət nəticələrini gözləyirik. Əldə edilmiş razılaşmaların icrası nəticəsində Azərbaycan və Serbiya arasında ticarət dövriyyəsi artacaq.
Bu gün hər iki ölkənin nəqliyyat-logistika sahəsində böyük potensialı var. Çünki Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir. Artıq aidiyyəti qurumlar arasında təmaslar qurulub və bu nəqliyyat dəhlizləri arasında uzlaşma və bağlantının yaradılması üçün müvafiq qurumlar fəal işləməlidirlər.
Azərbaycan və Serbiya arasında energetika sektorunda əməkdaşlıq da mühüm əhəmiyyət kəsb edir. Belə ki, son vaxtlar bu sahənin aktuallığı daha da artıb. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya, qonşu ölkələrə ixrac edilir. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımlar atılacaq.
Bütün uğurlara baxmayaraq, unutmamalıyıq ki, Avropaya qaz təchizi Azərbaycanın əsas prioriteti deyil. Serbiyada Prezident də ifadə etdi ki, “Bizim əsas hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır”. Dövlətimizin başçısı ifadə etmişdi ki, "Təbii ehtiyatlar baxımından Azərbaycanda böyük potensial var, Avropada Azərbaycan qazına böyük ehtiyac var və bu ehtiyac artmaqdadır. Lakin çox əhəmiyyətli inkişaf bərpaolunan enerji mənbələri ilə bağlıdır. Hesab edirəm ki, bu, birbaşa xarici investisiyaların əsas istiqaməti olacaq”.
Bildiyiniz kimi, bu ilin noyabr ayında Azərbaycanda xarici investorlar tərəfindən tam maliyyələşdirilmiş və regionun ən böyük, 230 meqavat gücündə günəş elektrik stansiyasının açılışı edilib. Növbəti 5 ildə isə 10 qiqavat həcmində günəş və külək enerjisinin istehsalı reallaşacaq ki, bu da çox nəhəng potensial deməkdir. Bu mənada, Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışında Prezident İlham Əliyevin çıxışı, əslində, Azərbaycanın yanacaq enerjisindən bərpaolunan enerjiyə keçidinin anonsu hesab edilə bilər. Görünən isə odur ki, Azərbaycana artan maraq və Prezident İlham Əliyevin etibarlı tərəfdaş kimi qlobal nüfuzu fonunda enerji siyasətimizin uğurlarının davamlılığı təmin olunmaqla, alternativ enerjiyə keçid nəinki rahat reallaşacaq, üstəlik, Avropa istehlakçıları da məhz Azərbaycan istehsalı yaşıl enerji ilə təmin ediləcək. Digər tərəfdən isə enerji transformasiyasına baxmayaraq, Avropa bazarında rolunun artan tempini qorumaqla bərabər, zəngin karbohidrogen ehtiyatları fonunda Azərbaycanın bərpaolunan və yaşıl enerji mənbələrinə üz tutması, hətta daha əvvəl özünün 2030-cu ilə qədərki 5 Milli Prioritetindən birini təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi elan etməsi, xüsusən Bakının COP29 konfransına ev sahibliyi fonunda dövlətin imicinə müsbət mənada təsirsiz ötüşməyəcək.
Əhəmiyyətli məsələlərdən biri də ondan ibarətdir ki, Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanıb. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək.
Müdafiə sənayesi sahəsi də iki ölkə arasında perspektiv əməkdaşlıq istiqamətlərindən biridir və bu sahədə də hər iki ölkədə potensial var.
Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan-Serbiya əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar. Çünki bizim əlaqələrimiz dostluq və qarşılıqlı anlaşma üzərində qurulub.
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Ayşən İbrahimova
Bölməyə aid digər xəbərlər