Şəhərin abadlığına səssiz xidmət: Manaf Manafovun məsuliyyətli idarəçilik nümunəsi

Paytaxt Bakı şəhərinin Nərimanov rayonunda abadlıq və mənzil-kommunal xidmətləri sahəsində görülən işlər, vətəndaşların rahatlığı və gündəlik həyat keyfiyyətinin yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu uğurların arxasında dayanan əsas simalardan biri də – Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Manaf Manafovdur.

Manaf Manafov uzun illərdir ki, şəhər təsərrüfatı və ictimai xidmət sahəsində səmərəli fəaliyyəti ilə seçilən, prinsipial və peşəkar idarəçiliyi ilə tanınan nüfuzlu şəxsiyyətlərdən biridir. Onun rəhbərliyi dövründə Nərimanov rayonu üzrə küçələrin təmizliyi, yaşıl zonaların qorunması, məhəllədaxili yolların abadlaşdırılması, kommunikasiya xətlərinin yenilənməsi və s. bir çox mühüm layihələr həyata keçirilmişdir. Bu işlər təkcə vətəndaş məmnuniyyətini artırmaqla qalmır, həm də dövlətin sosial rifah strategiyasının yerli səviyyədə icrasına mühüm töhfələr verir.

Manaf müəllimin iş prinsipində daima dürüstlük, şəffaflıq və məsuliyyət əsas yer tutur. O, təkcə texniki işlərin icrasına deyil, eyni zamanda vətəndaş müraciətlərinin operativ şəkildə cavablandırılmasına, onların qayğılarının diqqətlə araşdırılmasına da xüsusi önəm verir. Ərazidə yaşayan sakinlər onunla istənilən vaxt əlaqə saxlaya bilir və bu da idarəetmədə vətəndaş yönümlü yanaşmanın bariz nümunəsi sayılır.

Eyni zamanda, Manaf Manafov dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı abadlıq və sosial siyasətə sadiqliyi ilə seçilir. Prezidentin “Güclü dövlət, xoşbəxt vətəndaş” prinsipini rəhbər tutan Manaf müəllim öz fəaliyyətində bu strateji xəttə uyğun olaraq, bütün resurslarını səfərbər edir. Rayonun hər guşəsində həyatın yaxşılaşdırılması naminə apardığı işlər – onun dövlətə, dövlətçiliyə və xalqa xidmət fəlsəfəsini nümayiş etdirir.

Onun təşəbbüsü ilə qazilərimizə və şəhid ailələrinə dəfələrlə maddi və mənəvi dəstək göstərilmiş, onların yaşadığı binalarda abadlıq işləri aparılmışdır. Manaf müəllim bu məsələlərə sadəcə bir vəzifə öhdəliyi kimi yox, mənəvi borc kimi yanaşır.

Bütün bu keyfiyyətlərinə görə Manaf Manafov təkcə vəzifəli şəxs kimi deyil, eyni zamanda örnək vətəndaş kimi də tanınır. Onun fəaliyyəti, təkcə Nərimanov rayonu üçün deyil, ümumilikdə şəhər təsərrüfatı sahəsində çalışan rəhbərlər üçün də müsbət nümunədir.


Tarix: Dünən, 23:01


Bölməyə aid digər xəbərlər


«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031