Qəbələdə ənənəvi Novruz şənliyi keçirilmişdir

 

Qəbələdə Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib.  Şənlikdə Milli Məclisin deputatı Elşən Musayev, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, idarə, müəssisə və təşkilatların kollektivləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, veteranlar, rayon ictimaiyyətinin nümayəndələri və şəhərimizin qonaqları iştirak edib. Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ölkəmizdə, o cümlədən Qəbələ rayonunda aparılan sosial-iqtisadi inkişafın bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük məharətlə davam etdirildiyini, tariximizi və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı ilə Ramazan  bayramının eyni gündə və artıq 6-cı ildir ki, ölkəmizdə qalib bir xalq kimi qeyd edildiyini diqqətə çatdıraraq, şənlik iştirakçılarını və bütün qəbələliləri bayram münasibətilə təbrik etmiş, xoş arzularını bildirmişdir. Çıxış edən Milli Məclisin deputatı Elşən Musayev bu il Qəbələdə həm Novruz, həm də Ramazan ayının eyni dövrə təsadüf etməsinin xalqımız üçün xüsusi mənəvi əhəmiyyət daşıdığını və bu iki dəyərin cəmiyyətimizdə birlik və həmrəyliyi daha da gücləndirdiyini qeyd edərək, bütün qəbələliləri bayramlar münasibətilə təbrik etmişdir. Bayram tədbirinə faytonla gələn ululuq və ağsaqqallıq rəmzi sayılan “Dədə Qorqud”, yazın müjdəçisi olan “Bahar qız” bayram tonqalını yandırmış, iştirakçıları təbrik edərək xalqımıza bol ruzi-bərəkət və əmin-amanlıq arzulamış, bu şad gündə el-obanı birliyə, həmrəyliyə çağırmışdır.  Daha sonra rayonun xalq sənətkarlarının əl işləri, dekorativ tətbiqi-sənət və rəsm əsərləri, Qəbələnin emal müəssisələrində istehsal edilən sənaye və ərzaq məhsulları, bayram şirniyyatları və Novruz xonçalarından ibarət sərgiyə baxış keçirilmişdir. Çoxəsrlik etnoqrafik milli-mənəvi mədəniyyət irsini, qədim milli adət-ənənələrimizi özündə əks etdirən sərgi tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur. Qədim ənənələrimizin canlandırıldığı teatrlaşdırılmış şənlikdə Novruzun əsas personajları olan Kosa və Keçəlin, “Zopu-Zopu”, “Gülbuta”  və Gülüstan” etnoqrafik folklor qruplarının bir-birindən maraqlı çıxışları tamaşaçılarda xoş ovqat yaratmışdır. Novruz atributları ilə bəzədilən bayram tədbiri konsert proqramı ilə davam etmişdir.

 


Tarix: 22-03-2026, 23:31


Bölməyə aid digər xəbərlər


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031