Xarxar kənd tam orta məktəbində 28 may Müstəqillik gününə həsr edilmiş tədbir keçirildi
Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də E.Məmmədov adına Xarxar kənd tam orta məktəbinin direktoru Səbuhi Abdullayevdir.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan E.Məmmədov adına Xarxar kənd tam orta məktəbinin direktoru Səbuhi Abdullayev Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Səbuhi Abdullayev Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
E.Məmmədov adına Xarxar kənd tam orta məktəbinin direktoru Səbuhi Abdullayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Səbuhi Abdullayevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Səbuhi Abdullayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, E.Məmmədov adına Xarxar kənd tam orta məktəbinin direktoru Səbuhi Abdullayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Səbuhi Abdullayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Səbuhi Abdullayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Səbuhi Abdullayev özünü doğruldub. Bizdə hörmətli Səbuhi Abdullayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
E.Məmmədov adına Xarxar kənd tam orta məktəbinin direktoru Səbuhi Abdullayev - “Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması müasir tariximizin ən mühüm hadisəsidir. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində torpaqlarımız erməni işğalından azad olundu. Ötən ilin sentyabrında isə Qarabağ erməni separatçılarından tam təmizləndi və oktyabrın 15-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və Əsgəranda üçrəngli bayrağımızı ucaltmasını sonsuz iftixar və qürur hissi ilə izlədik. Bu torpaqlarda üçrəngli bayrağımızın dalğalanması tariximizin şanlı səhifəsidir”.
Mayın 28-də - Müstəqillik Günündə Xoçalı şəhərinə ilk qayıdan sakinlərə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən evlərin açarlarının təqdim olunması, sakinlərlə səmimi görüş tarixi hadisədir. Bu, o deməkdir ki, Böyük Qayıdışın Xocalı mərhələsi başlayır. Məlumdur ki, ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecədə burada azərbaycanlılara qarşı soyqırım törətdilər. Şəhər bir neçə saatın içində tamam məhv edildi, uşaqlara, qadınlara, qocalara belə aman verilmədi. Xocalı yarası hər bir azərbaycanlının qəlbini göynədir, qaysaq bağlamırdı. Prezident İlham Əliyev ötən il 15 oktyabrda Xocalıda da üçrəngli bayrağımızı ucaltdıqdan və mayın 28-də şəhərə qayıdışın başlanmasından sonra soyqırımı qurbanlarının, bütün şəhidlərimizin ruhları rahatdır. İlk dəfə olaraq bu soyqırımının 32-ci ildönümü məhz Xocalı şəhərində də anıldı. Fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Xocalı şəhərində bərpa-quruculuq işlərinə start verildikdən cəmi bir neçə ay sonra keçmiş məcburi köçkünlərin qayıdışına start verildi. Doğma Xocalıya qayıdan Xocalı sakinlərinin sevincinin həddi-hüdudu yoxdur. Bütün xalqımız da bu hadisəyə sevinir. Çünki soyqırımına məruz qalmış Xocalıya 32 ildən sonra həyat qayıdır.
İnsanların doğma yurdlarına qayıdışı ilə həmin torpaqlar yenidən canlanır. Xocalıya ilk köç edən sakinlərlə görüşü zamanı Prezident İlham Əliyevin dediyi kimi, bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcək. “Halbuki Ermənistanda revanşistlər də kifayət qədər çoxdur. Biz son hadisələri də izləyirik, görürük ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Ona görə biz hər an hazır olmalıyıq. Əlbəttə ki, ilk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik”,-deyən dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan Xocalıda törətdiyi cinayətləri etiraf etməli və bizdən üzr istəməlidir. Eyni zamanda, bu hərbi cinayətini tanımalıdır.
Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, artıq işğaldan azad edilmiş ərazilərin məskunlaşdırılmasına start verilib. Bu il 20 min keçmiş köçkünün qayıdışı təmin olunmalıdır. “Artıq 28-29 may tarixlərində 44 ailənin Xocalı şəhərinə qayıdışı təmin olunub. Rəsmi məlumatlara əsasən, Xocalı şəhərinin yenidən qurulması üzrə birinci mərhələ 167 hektar və 18 hektar olmaqla iki hissədən ibarətdir. Birinci mərhələdə 167 hektar ərazidə 140 fərdi ev, 48 kottec tipli ev və 9 binadan ibarət 110 evdə tikinti, təmir-bərpa və abadlıq işləri görülür. Həmçinin 18 hektar ərazidə yerləşən fin tipli 92 evdə isə tikinti, təmir-bərpa və abadlıq işləri həyata keçirilir. Bunlardan əlavə, Xocalı şəhərinin girişində - çay kənarında bulvarın salınması işləri davam edir. Xocalı şəhərində orta təhsil müəssisəsi və uşaq bağçası da inşa olunub. Beləliklə, doğma Qarabağ torpağının əzəli sakinləri öz yurdlarına geri dönürlər. Cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad olunmuş bütün ərazilərimiz ən müasir səviyyədə yenidən qurulur. Bu torpaqlar dünyanın ən gözəl guşələrindən birinə çevriləcək”.
Bölməyə aid digər xəbərlər