Bakının Xətai rayonu 8 noyabr prospektində yağışın yaratdığı fəsadlar aradan qaldırılır.
"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, işlər Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və onun tabeliyində olan strukturların, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevin rəhbərliyi ilə işlər aparılır.
Ərazidə su nasosları, xüsusi texniki qurğular və ehtiyac olan yerlərə ağır texnikalar cəlb olunub.
Yaranmış vəziyyətlə bağlı yerlərdə fəaliyyət göstərən BŞİH-nin monitorinq qrupu su yığılan əraziləri, problemli ünvanları müəyyənləşdirir, aidiyyəti qurumlara məlumat verir.
İntensiv yağan yağışın törətdiyi fəsadları aradan qaldırmaq üçün Bakı şəhərinin bütün məsul qurumları koordinasiyalı şəkildə işləyirlər.
Qeyd edək ki, aprelin 5-6-da Bakı şəhəri və Abşeron yarımadasında yağıntının miqdarı aylıq normadan 4 dəfə artıq olub.
Bölməyə aid digər xəbərlər












Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.