Səttar Möhbalıyev Şahbuzun Keçili kəndində seçicilərlə görüşüb -Fotolar

Səttar Möhbalıyev Şahbuzun Keçili kəndində seçicilərlə görüşüb -Fotolar

Milli Məclisin deputatı Səttar Möhbalıyev 29 may 2025-ci il tarixində Şahbuz rayonundan olan seçicilərlə görüşlərini davam etdirir.

aia.az xəbər verir ki, deputatın növbəti görüşü rayonun Keçili kəndində baş tutub.

Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Səttar Möhbalıyev sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətlərin bəzilərini elə yerindəcə həll edib, bəzi məsələlər isə qeydə alınıb, onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldıracağını və təxirəsalınmaz tədbirlərin görüləcəyini bildirib.

Deputat Səttar Möhbalıyev keçirdiyi görüşdə iştirak edən Keçili kəndinin sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri görüşdən məmnunluqlarını ifadə ediblər, ölkəmizin Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Naxçıvanın Şahbuz rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Milli Məclisin deputatı Səttar Möhbalıyev və onu müşayət edən şəxslər tədbirdən sonra Keçili kəndindən olan şəhid leytenant Həmzəyev Mərhəmət Rizvan oğlunun məzarını ziyarət edib və ruhuna dualar oxuyublar.


Tarix: 29-05-2025, 16:38


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930