
2025-ci il oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında cənab prezident İlham Əliyev mühüm mövzulara toxunmuşdur. Onun çıxışı həm regional əməkdaşlıq, həm də beynəlxalq münasibətlər baxımından böyük əhəmiyyət daşıyırdı. Cənab prezident İlham Əliyev bir daha Azərbaycanın müstəqil siyasət yürüdən, öz maraqlarını qoruyan və eyni zamanda regionda sabitliyin tərəfdarı olan dövlət kimi mövqeyini aydın şəkildə nümayiş etdirdi.
Çıxış zamanı cənab prezident İlham Əliyev MDB məkanında iqtisadi əməkdaşlığın daha səmərəli olması, nəqliyyat və enerji layihələrinin genişləndirilməsi, təhlükəsizlik məsələlərinin prioritet kimi saxlanılması barədə fikirlər səsləndirdi. O, qeyd etdi ki, müasir dövrdə qarşılıqlı etimad və bərabərhüquqlu tərəfdaşlıq olmadan bu kimi birliyə daxil olan ölkələrin inkişafı çətinləşir. Azərbaycan isə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda səmərəli əməkdaşlığın təşəbbüskarı kimi çıxış edir.
Bu çıxışda diqqət çəkən əsas məqamlardan biri də regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması ilə bağlı çağırış idi. Cənab prezident İlham Əliyev vurğuladı ki, regiondakı yeni reallıqlar Azərbaycanın prinsipial mövqeyinə əsaslanır və bu mövqenin əsasında Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt dayanır. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində formalaşan müstəqil və güclü Azərbaycan bu gün regional proseslərdə söz sahibi bir dövlətdir.
Cənab prezident İlham Əliyev çıxışında həmçinin humanitar və mədəni əlaqələrin də əhəmiyyətinə toxunmuş, MDB ölkələri arasında tarixi və mədəni bağların qorunmasının vacibliyini qeyd etmişdir. O, gənclər arasında təhsil və mübadilə proqramlarının gücləndirilməsini, bu yolla xalqlar arasında dostluğun daha da möhkəmlənməsini vacib saymışdır.
Düşənbədəki bu iclas bir daha göstərdi ki, Azərbaycan təkcə regionun deyil, bütün MDB məkanının sabitlik dayaqlarından biridir. Cənab prezident İlham Əliyevin çıxışında səslənən fikirlər ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunu, güclənən siyasi və iqtisadi mövqeyini əks etdirirdi.
Ulu öndər Heydər Əliyevin “Azərbaycanın gələcəyi onun müstəqilliyindədir” kəlamı bu gün öz real təsdiqini tapır. Cənab prezident İlham Əliyevin həyata keçirdiyi siyasət bu uzaqgörən ideyanın davamıdır və Azərbaycanın bölgədə söz sahibi, etibarlı tərəfdaş kimi çıxış etməsini təmin edir.
Cənab Prezident İlham Əliyev çıxışında Tacikistan xalqını ölkə rəhbərliyinin müdrik siyasəti nəticəsində əldə olunan uğurlar və nailiyyətlər münasibətilə təbrik edib. O, vurğulayıb ki, Azərbaycan və Tacikistan arasında ikitərəfli münasibətlər qarşılıqlı hörmət və etimad prinsipləri əsasında ardıcıl şəkildə inkişaf edir. Dövlət başçısı, həmçinin, bu il Azərbaycanın Şərqi Zəngəzur bölgəsində yerləşən Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyinin dəstəklənməsinə görə quruma üzv ölkələrin rəhbərlərinə təşəkkürünü ifadə edib. Prezident İlham Əliyev, eləcə də, Azərbaycanın III MDB Oyunlarının uğurla keçirilməsinə xüsusi önəm verdiyini qeyd edib və bu çərçivədə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında cənab prezident İlham Əliyevin çıxışı bir daha sübut etdi ki, Azərbaycan regionda sülhün, əməkdaşlığın və inkişafın tərəfdarıdır. Onun çıxışında səslənən fikirlər müasir dünyanın çağırışlarına verilən aydın və prinsipial cavab idi. Azərbaycan bu gün Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kursu davam etdirərək, milli maraqları qoruyan, beynəlxalq əməkdaşlığa açıq və dinamik inkişaf edən dövlət kimi irəliləyir.
Bu, həm ölkəmizin daxili siyasətində sabitliyin, həm də xarici siyasətdə etibarlılığın göstəricisidir. Cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan MDB məkanında və bütövlükdə beynəlxalq arenada öz sözünü deyən nüfuzlu dövlətə çevrilmişdir.
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
Coğrafiya müəllimi Lalə İsmayılova
Bölməyə aid digər xəbərlər