Elmin inkişafı bütün sahələrin inkişafı ilə sıx bağlıdır

Elmin inkişafı bütün sahələrin inkişafı ilə sıx bağlıdır

Qədim keçmişə malik hər bir ölkənin tarixində alimlər xüsusi rol oynamışdır. Tarixən bir çox azərbaycanlı alim həyatını elmə həsr etmiş, elmə yeniliklər gətirmiş, dövlərin, elmin inkişafı üçün xüsusi xidmətlər göstərmişdir. Ölkəni uzunmüddətli inkişafa elmin inkişafı apara bilər.
Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmiş, elmin inkişafı üçün çalışmışdır. Bu siyasət Prezident İlham Əliyevin dövründə də uğurla davam etdirilir. Yaxın günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi bu sahəyə ayrılan xüsusi diqqəti göstərir.
Prezident İlham Əliyev yubileydə çıxışı zamanı bildirmişdir ki, məhz Ulu öndər Heydər Əliyevin qətiyyəti, iradəsi, xalqa olan bağlılığı bizi böyük bəlalardan qurtarmışdır.
Azərbaycan XX əzrdə uzun illər boyu SSRİ- nin tərkibində olsa da Azərbaycan öz elminin inkişafına hər zaman xüsusi önəm vermişdir.
Son illər Akademiyanın maddi-texniki bazası möhkəmləndirilmişdir. Azərbaycan elminin inkişafı üçün ayrılan vəsait iki dəfədən çox artırılmışdır. Prezident İlham Əliyevin elmin inkişafına göstərdiyi diqqət Ulu Öndər Heydər Əliyevin siyasətinə uyğun şəkildə aparılır.
Müasir dövr yeni proritetlər tələb edir. Texnoloji inkişaf da müasir dövrün əsas tələblərindən biridir. Texnoloji inkişafın bütün sahələrdə tətbiqinə ehtiyac var, ona görə də ölkəmizin üzərinə böyük vəzifə düşür. Dayanıqlı inkişafı təmin etmək üçün müasir dövrün tələblərini əsas tutmaq önəmlidir.
Elmin inkişafı bütün sahələrin inkişafı ilə sıx bağlıdır. Bunu nəzərə alaraq hazırda ölkəmizdə elmin inkişafı üçün atılan addımlar dayanıqlı inkişafı təmin edir.

Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
tarix müəllimi Damla Həsənzadə


Tarix: Bu gün, 14:18


Bölməyə aid digər xəbərlər