Azərbaycan bayrağı xalqımızın keçmişini, bugününü və gələcəyə olan ümidini özündə birləşdirir

Azərbaycan bayrağı xalqımızın keçmişini, bugününü və gələcəyə olan ümidini özündə birləşdirir

9 Noyabr Azərbaycan tarixində xüsusi əhəmiyyətə malikolan bir gündür. Bu gün – Dövlət Bayrağı Günü, müstəqilliyimizin, azadlığımızın və milli kimliyimizinrəmzi olan üçrəngli bayrağımıza hörmət və ehtiramıntəntənəsidir. Azərbaycan bayrağı xalqımızın keçmişini, bugününü və gələcəyə olan ümidini özündə birləşdirir. Onunmavi rəngi türklüyümüzü, qırmızı rəngi müasirlik və inkişaf yolumuzu, yaşıl rəngi isə İslam mədəniyyətinə mənsubiyyətimizi ifadə edir. Bayrağımızın ortasındakı ayvə səkkizguşəli ulduz isə milli dövlətçiliyimizin və milli dəyərlərimizin parlaq nişanəsidir.9 Noyabr 1918-ci ildə qəbul edilən bu müqəddəs rəmz, 1991-ci ildə müstəqilliyimiz bərpa olunduqdan sonra yenidən dalğalanaraq Azərbaycan xalqının qürur mənbəyinə çevrildi. Hər dəfə bayrağımız ucaldıqda, ürəklərdə vətənə sevgi, azadlıq və milli birlik hissləri daha da güclənir.Bu gün bayrağımıza hörmət təkcə bir mərasim deyil, dövlətçiliyimizə, azadlığımıza və şəhidlərimizin xatirəsinə ehtiramın təzahürüdür. O, bizi bir millət kimibirləşdirir, Azərbaycanın müstəqil və güclü dövlət kimidünyada tanınmasının simvoluna çevrilir.“Bir kərə yüksələn bayraq bir daha enməz!” — bu şüar sadəcə kəlmə deyil; o, gənc nəsilə verilən çağırışdır. Gənclər bayrağı yalnız rəmz kimi deyil, gələcək uğrunda məsuliyyət anlayışı kimi qəbul etməlidirlər. Bayraqla bağlı keçirilən tədbirlərdə uşaqlar şeirlər söyləyir, rəqslər ifa edir, əl işləri hazırlayırlar. Bu, bayrağın dəyərinin erkən yaşlarda aşılamağı deməkdir. Dövlət Bayrağı Günü qeyd edilən hər an biz təkcə keçmişə baxmırıq — biz gələcəyə də baxırıq. Bayraq altında birləşmiş bir xalqın parlaq gələcəyi mümkündür. Bayrağın dalğalanması yalnız binaların üzərində deyil — o, anladılmalı, hiss olunmalı, qorunmalıdır. Bizim üçün bayraq həm yerdə azadlıq uğrunda mübarizə, həm də sabah uğrunda məsuliyyət anlamına gəlir.
1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə üçrəngli milli bayraq qəbul edilmişdir.
– Bayrağın rəngləri və simvolları dərin mənalar daşıyır: mavi rəng — türk mənşəli olduğumuzu, qırmızı — müasir cəmiyyət qurmaq və demokratiyanı inkişaf etdirmək istəyi, yaşıl — İslam sivilizasiyasına bağlılığımızı simvolizə edir.
2009-cu il noyabrın 17-də İlham Əliyevin imzaladığı sərəncamla noyabrın 9-u Dövlət Bayrağı Günü kimi təsis edilmişdir. Bayraq yalnız dövlətin rəmzi deyil, həm də xalqın həmrəyliyinin, birliyinin simvoludur. Bu günlərdə keçirilən müxtəlif təhsil tədbirləri, yürüşlər, şeir-müsabiqələr göstərir ki, bayraq məsələsi yalnız formal məqamlardan ibarət deyil — o, həm də vətənpərvərlik hissinin oyadılması üçün vasitədir. Məsələn, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən “Bayraq yürüşü” təşkil edilmişdir.Beləliklə, 9 Noyabr – Azərbaycan dövlətinin rəmzinə hörmət və ehtiramın, milli qürur və birliyin günü kimi hər bir vətəndaşın yaddaşında xüsusi yer tutur. Hər bir azərbaycanlı üçün bu gün, bayrağımız qədər uca, Vətən qədər əzizdir.Hər bir vətəndaş üçün bu bayraq milli kimliyin, vətənə sədaqətin və birliyin rəmzidir. Bayraq Günü münasibətilə ölkəmizin hər yerində dövlət bayraqları ucaldılır, müxtəlif tədbirlər keçirilir. Bu gün Azərbaycan xalqı keçmişinə hörmətlə, gələcəyinə inamla baxır. Bayrağımızın hər dalğalanışı xalqımızın azadlıq ruhunu və qürurunu təcəssüm etdirir. Üçrəngli bayraq bizim tariximizin, mədəniyyətimizin və dövlət müstəqilliyimizin ayrılmaz hissəsidir. Hər bir azərbaycanlı üçün bayraq müqəddəs dəyər, şərəf və iftixar mənbəyidir. Azərbaycan Bayrağı daim uca dalğalansın, Vətənimizin adını göylərə yüksəltsin!
Cənab Prezident İlham Əliyevin sözləri hər bir azərbaycanlı üçün şüara çevrilib.
"Azərbaycan bayrağı əbədi olaraq bu torpaqlarda dalğalanacaq!"

Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
ingilis dili müəllimi Ramilə Qaragözova


Tarix: Bu gün, 14:25


Bölməyə aid digər xəbərlər