Güclü dövlətçilik ideologiyası xalqı bir amal ətrafında birləşdirir, Vətənə sədaqət və milli qürur hissini möhkəmləndirir

Güclü dövlətçilik ideologiyası xalqı bir amal ətrafında birləşdirir, Vətənə sədaqət və milli qürur hissini möhkəmləndirir

Müstəqil dövlətin möhkəmliyini təmin edən əsas sütun onun ideoloji dayaqlarıdır. Dövlətçilik yalnız inzibati və siyasi institutlar toplusu deyil, eyni zamanda xalqın tarixi yaddaşı, milli kimliyi və mənəvi dəyərləri üzərində qurulan ideoloji sistemdir. Azərbaycan dövlətçiliyinin ideoloji təməli əsrlərin sınağından çıxmış, xalqımızın azadlıq, ədalət və milli birlik arzularını özündə birləşdirən ideyalara əsaslanır.
Müasir Azərbaycan dövlətçiliyinin ideoloji mahiyyətini müəyyən edən əsas anlayış azərbaycançılıqdır. Bu ideya bütün vətəndaşları milli mənsubiyyətindən, dini və dil fərqindən asılı olmayaraq, vahid dövlətçilik düşüncəsi ətrafında birləşdirir. Azərbaycançılıq milli-mənəvi dəyərlərlə bərabər, müasir sivil dəyərləri – demokratiya, humanizm, ədalət və tolerantlığı da özündə ehtiva edir. Bu ideologiya həm milli həm də dövlət maraqlarını taraz şəkildə qorumağa yönəlmişdir.Ümummilli lider Heydər Əliyev dövlət ideologiyasının əsas sütunlarını müəyyənləşdirmiş, milli dövlətçilik ideyasını praktik müstəviyə daşımışdır. Onun müəyyən etdiyi “milli dövlətçilik – milli birlik və milli inkişaf” prinsipi bu gün də ölkənin ideoloji istiqamətinin əsasını təşkil edir. Prezident İlham Əliyev bu ideoloji xətti müasir qlobal çağırışlara uyğun şəkildə inkişaf etdirərək, Azərbaycanı regionda siyasi, iqtisadi və mənəvi nüfuz mərkəzinə çevirmişdir.Bu gün dövlətçiliyimizin ideoloji dayaqları yalnız daxili siyasətdə deyil, həm də beynəlxalq aləmdə milli maraqlarımızın qorunmasında mühüm rol oynayır. Güclü dövlətçilik ideologiyası xalqı bir amal ətrafında birləşdirir, Vətənə sədaqət və milli qürur hissini möhkəmləndirir. Qarabağ zəfəri isə bu ideologiyanın canlı təntənəsi kimi tarixə düşmüşdür – milli iradə, vətənpərvərlik və dövlətçilik idealı bu qələbədə öz parlaq ifadəsini tapmışdır.Dövlətçiliyimizin ideoloji təməli tarix, milli kimlik və müasirlik üzərində qurulmuş möhkəm sütundur. Azərbaycançılıq ideyası bu təməli bərkitmiş, xalqla dövləti bir amal, bir gələcək düşüncəsi ətrafında birləşdirmişdir. Bu gün hər bir Azərbaycan vətəndaşının borcu bu ideoloji dəyərləri qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürməkdir.


Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbin
müəllimi Lamiyə Alıyeva


Tarix: Bu gün, 14:26


Bölməyə aid digər xəbərlər
31-07-2025, 14:58 DİLİN İŞIĞINI QORUMAQ