
12 noyabr 2025-ci ildə cənab prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunmuş başçıları qəbul edərkən etdiyi çıxışda ölkəmizin sosial-iqtisadi inkişaf istiqamətlərindən, regionların dirçəlişindən və şəhərsalma siyasətinin əsas məqsədlərindən danışdı. Dövlət başçısı vurğuladı ki, bu gün Azərbaycan öz inkişaf modelini həm iqtisadi tərəqqi, həm də ekoloji dayanıqlılıq prinsipləri üzərində qurur. Bir zamanlar Bakı şəhərinin sənaye hissəsi kimi tanınan “Qara şəhər” ərazisi keçmişdə tullantılar, duman və ekoloji fəlakətlərlə assosiasiya olunurdu. Lakin həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində həmin zona müasir şəhərsalma nümunəsinə çevrilib.
“Ağ şəhər” layihəsi yalnız bir şəhər kvartalının yenidən qurulması deyil, həm də Azərbaycanın yeni inkişaf fəlsəfəsinin təzahürüdür. Dövlət başçısı bildirdi ki, bu layihə Azərbaycanın simasının dəyişməsini, köhnənin yeniyə, qaralığın işığa çevrilməsini rəmzləndirir. “Biz qara şəhəri ağ şəhərə çevirdik” ifadəsi sadəcə bir təşbehdən ibarət deyil, bu, bütövlükdə ölkənin inkişaf yolunun bədii ifadəsidir. Bu uğur Azərbaycanın öz gücünə, xalqın zəhmətinə, dövlətin düzgün idarəetmə siyasətinə əsaslanır. Bu təcrübə təkcə Bakıda deyil, bütün bölgələrdə tətbiq olunur. Regionlarda aparılan abadlıq və infrastruktur layihələri, yeni yolların, məktəblərin, xəstəxanaların, sənaye zonalarının yaradılması ölkənin hər bir guşəsində müasirlik və rifahın bərqərar olmasına xidmət edir. “Biz təkcə şəhərlər tikmirik, biz yeni həyat tərzi qururuq” — deyə dövlət başçısı vurğuladı.
Cənab prezident İlham Əliyev çıxışında yeni təyin olunan icra başçılarına müraciət edərək bildirdi ki, hər bir rəhbərin əsas vəzifəsi öz rayonunu inkişaf etdirmək, xalqın rifahını təmin etmək və hər bir yaşayış məntəqəsini “ağ məkana” çevirməkdir. Xalqın etimadını qazanmaq üçün səmimi xidmət, şəffaf idarəetmə və məsuliyyətli yanaşma vacibdir. Beləliklə, “Qara şəhəri Ağ şəhərə çevirdik” ifadəsi bu gün təkcə paytaxtın gözəlləşməsini deyil, həm də Azərbaycanın yeniləşmə strategiyasını, dövlətin məqsədini və xalqın ümumi iradəsini ifadə edir. Bu, bir dövlətin öz keçmişini unutmadan, amma gələcəyə inamla addımlamasının simvoludur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün həm müasir, həm də milli dəyərlərə əsaslanan inkişaf modelini həyata keçirir və hər bir bölgədə “ağ şəhər” düşüncəsini reallığa çevirir.
Balaxanı qəsəbəsi, Mirzə Ələkbər Sabir adına 259 nömrəli tam orta ümumtəhsil məktəbi publik hüquqi şəxsi Biologiya müəllimi Yeganə Əliyeva
Bölməyə aid digər xəbərlər







