Su mənbələri hər bir ölkə üçün çox önəmlidir

Su mənbələri hər bir ölkə üçün çox önəmlidir

Su ehtiyatları təbii ehtiyatlar içərisində mühüm əhəmiyyətə malikdir. Su ehtiyatları insanların və bütün canlıların həyatında, yaşayışında həlledici rol oynayır.
İqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orada sudan istifadə olunmasın. Kənd təsərrüfatında suya olan təlabatın həcmi başqa növ ehtiyatlara olan təlabatların həcmindən çoxdur.
Cənab Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, içməli su və suvarma layihələri həmişə diqqət mərkəzində olub. Azərbaycan vətəndaşları yaxşı xatırlayırlar ki, vaxtilə bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Bu məsələlər də tədricən öz həllini tapmışdır. Bu gün bizim əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilmişdir və bu proses davam etdirilir.
Biz son 20 il ərzində dörd böyük su anbarı inşa etmişik və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Onların arasında xüsusilə “Taxtakörpü”, “Şəmkirçay” su anbarlarını qeyd etməliyəm. Əgər bu su anbarları tikilməsəydi, bu gün həm Bakının su təchizatı, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi. “Taxtakörpü” su anbarı bizə imkan verdi ki, Samur çayının sularını “Ceyranbatan” su anbarına yığaq və orada ehtiyat yaransın. O cümlədən “Ceyranbatan” su anbarı tamamilə yenidən qurulmuşdur, yeni, müasir təmizləyici qurğular kompleksi inşa edilmişdir.
Cənab Prezident İlham Əliyev bildirmişdir ki, son 20 il ərzində həyata keçirdiyimiz layihələrdən biri də tamamilə yenidən qurulmuş Oğuz-Qəbələ-Bakı su kəməridir. Əgər bu su kəməri tikilməsəydi, bu gün Bakıda su qıtlığı özünü çox ciddi şəkildə göstərmiş olardı.
Su ehtiyatlarının bolluğu, suyun keyfiyyəti torpaqların münbitliyinə, kənd təsərrüfatı bitkilərinin su təlabatına, məhsuldarlığa təsir göstərir.


Sabunçu qəsəbəsi, 170 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Abbasova


Tarix: Bu gün, 11:56


Bölməyə aid digər xəbərlər
18-04-2024, 12:06 Strateji məqsəd