
Prezident İlham Əliyevə fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində "Zayed İnsan Qardaşlığı Mükafatı" təqdim olunub.
"Zayed İnsan Qardaşlığı Mükafatı" ("Zayed Award for Human Fraternity") 2019-cu il fevralın 4-də - Roma Papası Fransisklə Əl-Əzhərin Böyük İmamı Əhməd əl-Tayyib Əbu-Dabidə sülh və birgəyaşayışa dair tarixi sənədi imzalayanadan sonra təsis edilib. Bu mükafat hər il dünyada sülh və qardaşlığı təşviq edənlərə təqdim olunur.
BƏƏ tərəfindən təsis edilmiş mükafat şeyx Zayed bin Sultan Əl Nəhyanın adını daşıyır. Bu nüfuzlu mükafat dinlər və mədəniyyətlərarası dialoqların inkişafına, insan ləyaqətinin müdafiəsinə, münaqişələrin sülh yolu ilə həllinə, qlobal həmrəyliyin möhkəmləndirilməsinə real töhfə verən şəxslərə, təşkilatlara verilir. Mükafatın fəlsəfəsi qarşıdurma üzərində deyil, qarşılıqlı anlaşma və sülhə birlikdə yaşama prinsipləri üzərində qurulub. Dünyanın ən prestijli humanitar və sülhyönümlü təltiflərindən biri hesab olunur.Prezident İlham Əliyev uğurla həyata keçirdiyi xarici siyasi kursa görə bu mükafata layiq görülüb. Dövlət başçısı Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra Ermənistanla birbaşa sülh danışıqlarının təşəbbüsçüsüdür. Rəsmi Bakı münasibətlərin normallaşması üçün təkliflər paketini də ilk olaraq rəsmi İrəvana təqdim edib.
Azərbaycanın atdığı addımlara Ermənistan hökuməti də qarşılıq verdiyi üçün ölkənin Baş naziri Nikol Paşinyan da bu mükafata layiq görülüb.
Azərbaycan Prezidenti Ermənistanla münasibətlərin sülh yolu ilə normallaşmasının təşəbbüskarı olmaqla yanaşı, Fələstin-İsrail münaqişəsinin həllində, o cümlədən, Qəzza zolağında baş vermiş son hadisələrdə, İraqda vəziyyətin normallaşmasında barışdırcı mövqe tutub, bu istiqamətdə addımlar atıb. Prezident İlham Əliyev Suriyada keçmiş rejimə qarşı qətiyyətli mövqe nümayiş etdirib, indiki Əhməd əş-Şaraa hakimiyyətini dəstəkləyib. Ölkə başçıları ötən il iyulun 12-də Bakıda görüşmüş, ikitərəfli əlaqələri inkişaf etdirməyin vacibliyini vurğulamışdılar. Azərbaycanın təbii qazının Türkiyə üzərindən Suriyaya ixracı da bu ölkənin enerji təhlükəsizliyinə töhfədir.
Bölməyə aid digər xəbərlər









