14:06 / 23-07-2026
Nazim müəllim: İlham Əliyevin rəhbərliyi ilə güclənən Azərbaycan: Qələbədən quruculuğa uzanan inkişaf yolu
23:47 / 21-07-2026
Vüqar müəllim: Azərbaycan mətbuatı şərəfli və mütərəqqi inkişaf yolu keçib
23:43 / 21-07-2026
Rafiq Quluyev: Azərbaycan Mətbuatı - Dövlət Dəstəyi, Peşəkarlıq və Rəqəmsal Gələcək
23:30 / 21-07-2026
Yusif Hüseynov: Milli mətbuat - dövlətçilik məfkurəsinin, milli həmrəyliyin və həqiqətin tribunası
23:26 / 21-07-2026
Cəsarət Əhmədov: Milli maraqların müdafiəsində mətbuatın mühüm rolu var
23:15 / 21-07-2026
Faiq Seyidov: Azərbaycan mətbuatı zəngin və şərəfli inkişaf yoluna malikdir
23:06 / 21-07-2026
Elşən Abusov: Azərbaycan milli mətbuatı - şərəfli inkişaf salnaməsi
21:51 / 15-07-2026
İnfrastrukturun İnkişafına Dəyərli Töhfələr Verən Rəhbər – Aqibət Məmmədovun Fəaliyyəti
23:18 / 13-07-2026
Sultan Əmiraslanov – Qaradağ Rayonunda Dayanıqlı Su Təchizatının və Fədakar Xidmətin Uğurlu Rəhbəri
23:17 / 13-07-2026
Məsuliyyətli idarəçilik və nümunəvi fəaliyyətin siması – Qaradağ Rayon Sukanal İdarəsinin rəis müavini İzmir Əmirov
23:02 / 12-07-2026
Mirnazir müəllim: Prezident İlham Əliyevin Rəhbərliyi ilə Azərbaycanın Müasir İnkşaf Kursu
22:58 / 12-07-2026
Ruslan müəllim: Güclü Dövlət, Dayanıqlı İnkişaf və Strateji İdarəçilik - Prezident İlham Əliyevin Rəhbərliyi Dövründə Azərbaycanın Yeni Mərhələsi
22:56 / 12-07-2026
Respublika Neyrocərrahiyyə Xəstəxanasının direktoru Fərhad Həsənov – Peşəkarlığı, humanizmi və məsuliyyətli rəhbərliyi ilə səhiyyəyə dəyər qatan şəxsiyyət
22:54 / 12-07-2026
Suraxanının İnkişafına Strateji Baxış: Adil Əliyevin Rəhbərliyi ilə Davamlı Tərəqqi və İnsan Amilinə Verilən Dəyər
22:52 / 12-07-2026
İntizamlı idarəçilik və məsuliyyətli xidmət nümunəsi – Şakir Qəniyevin fəaliyyəti
22:48 / 12-07-2026
Aqrar elmin inkişafına töhfə verən ziyalı alim – dosent Zəfər Qurbanovun uğurlu fəaliyyəti
22:41 / 12-07-2026
Səhiyyənin İnkişafına Dəyərli Töhfələr Verən Rəhbər – Sahib Hüseynovun Fəaliyyəti Yüksək Qiymətləndirilir
22:40 / 12-07-2026
Cavid Məmmədov: Güclü Dövlət, Davamlı İnkişaf və Milli Həmrəylik: Prezident İlham Əliyevin Rəhbərliyi ilə Azərbaycanın Müasir İnkişaf Mərhələsi
22:45 / 10-07-2026
Qanunun aliliyinə söykənən xidmət nümunəsi – Vaqif Müslümov
22:42 / 10-07-2026
Sağlam Gülüşlərin Memarı – FDD Dental Clinic-in peşəkar stomatoloqu Dr. Arif həkim
22:34 / 10-07-2026
Uşaqların Sağlam Gələcəyinə Həsr Olunmuş Peşəkar Həkimlik Yolunun Parlaq Nümunəsi – Cəmilə Talıbova
00:26 / 10-07-2026
Green Villa Baku – Şəhərin Mərkəzinə Yaxın, Təbiətlə Harmoniya Yaradan Premium Yaşayış Məkanı
00:19 / 10-07-2026
Rafiq müəllim: Azərbaycanın İnkişaf Strategiyası və Prezident İlham Əliyevin Dövlət İdarəçiliyi Modeli
00:16 / 10-07-2026
Sumqayıtın Memarlıq və Şəhərsalma İnkişafına Töhfə Verən Peşəkar İdarəçi – Rəşad Əhmədəliyevin Fəaliyyətinə Baxış
23:50 / 09-07-2026
İstehsalın keyfiyyətini, məsuliyyəti və insan amilini ön planda tutan rəhbər
23:46 / 09-07-2026
Zəngilanın təhlükəsizliyinin keşiyində məsuliyyət və peşəkarlıq nümunəsi – Bəkir Cabbarov
23:46 / 05-07-2026
Kamal Əliyev: Prezident İlham Əliyevin Strateji Baxışı Azərbaycanın Yeni İnkişaf Mərhələsini Formalaşdırır
23:43 / 05-07-2026
Təhsilə Sədaqət, Gələcəyə İnam – Mehparə Mustafayevanın Rəhbərlik Fəaliyyətinin Əsas Uğur Xətti
Müstəqillik hər bir xalq üçün ən böyük sərvətdir
Bölməyə aid digər xəbərlər

28 May Azərbaycan xalqının tarixində ən mühüm və qürurverici günlərdən biridir. Bu tarix xalqımızın azadlıq, müstəqillik və milli dövlətçilik arzularının gerçəkləşdiyi gündür. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildi və bununla Azərbaycan xalqı öz müstəqil dövlətini qurdu. Bu hadisə yalnız Azərbaycan üçün deyil, bütün müsəlman Şərqi üçün böyük tarixi əhəmiyyət daşıyırdı. Çünki Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik və parlamentli respublika idi.
XX əsrin əvvəllərində dünyada və regionda mürəkkəb siyasi proseslər baş verirdi. Birinci Dünya müharibəsi, imperiyaların dağılması və xalqların azadlıq uğrunda mübarizəsi yeni dövlətlərin yaranmasına səbəb olmuşdu. Həmin dövrdə Azərbaycan xalqı da öz milli dövlətini yaratmaq arzusu ilə mübarizə aparırdı. Nəhayət, 1918-ci ilin 28 may tarixində Milli Şura tərəfindən İstiqlal Bəyannaməsi qəbul edildi. Bu sənəd Azərbaycan xalqının müstəqil yaşamaq hüququnu dünyaya bəyan etdi.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları xalqın gələcəyini düşünən, savadlı və vətənpərvər insanlar idi. Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov kimi görkəmli şəxsiyyətlər dövlətin qurulması və inkişafı üçün böyük xidmətlər göstərmişlər. Məmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz!” sözləri bu gün də xalqımızın yaddaşında yaşayır və müstəqilliyimizin simvolu hesab olunur.
Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət fəaliyyət göstərsə də, çox mühüm işlər həyata keçirmişdir. İlk növbədə dövlət atributları – bayraq, gerb və himn qəbul edildi. Üçrəngli bayrağımız milli dəyərlərimizi və ideallarımızı əks etdirirdi. Məhz həmin dövrdə qadınlara seçmək və seçilmək hüququ verildi ki, bu da bir çox Avropa ölkələrindən daha əvvəl baş vermişdi. Parlament yaradıldı, təhsil və mədəniyyət sahəsində mühüm islahatlar aparıldı, milli ordu formalaşdırıldı.
1919-cu ildə Bakı Dövlət Universiteti yaradıldı. Bu, ölkədə elm və təhsilin inkişafı baxımından çox mühüm addım idi. Həmin dövrdə dövlət gənclərin xaricdə təhsil almasına da xüsusi diqqət ayırırdı. Azərbaycan Xalq Cümhuriyyəti demokratik dəyərlərə əsaslanan, insan hüquq və azadlıqlarına hörmət edən bir dövlət idi.
Lakin beynəlxalq və regional siyasi vəziyyət səbəbindən Azərbaycan Xalq Cümhuriyyəti uzun müddət yaşaya bilmədi. 1920-ci ilin aprel ayında bolşevik ordusu Azərbaycana daxil oldu və ölkənin müstəqilliyinə son qoyuldu. Bununla belə, xalqımız azadlıq ideyasını heç vaxt unutmadı. Uzun illər sonra, 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi və Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu elan etdi.
Bu gün Azərbaycan müstəqil və güclü dövlət kimi inkişaf edir. 28 May – Müstəqillik Günü ölkəmizdə böyük hörmət və qürur hissi ilə qeyd olunur. Bu gün xalqımız öz tarixini xatırlayır, dövlətimizin qurucularını ehtiramla yad edir və müstəqilliyimizin qədrini daha yaxşı anlayır.
Müstəqillik hər bir xalq üçün ən böyük sərvətdir. Azad və müstəqil yaşamaq xalqın milli kimliyini, dilini, mədəniyyətini və gələcəyini qorumaq deməkdir. Azərbaycan xalqı da öz müstəqilliyini qorumaq üçün tarix boyu böyük mübarizələr aparmışdır. Bugünkü nəsil müstəqilliyimizin qədrini bilməli, dövlətimizi daha da gücləndirmək üçün çalışmalıdır.
28 May yalnız tarixi bir gün deyil, həm də milli birlik, vətən sevgisi və azadlıq ruhunun simvoludur. Bu müqəddəs gün hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Azərbaycan xalqı daim öz müstəqilliyini qoruyacaq, dövlətini inkişaf etdirəcək və gələcək nəsillərə güclü bir vətən miras qoyacaqdır.
Balaxanı qəsəbəsi, 69 saylı tam orta məktəbin
müəllimi Aygün Mirzəyeva
Tarix: 25-05-2026, 10:25
Bölməyə aid digər xəbərlər
31-07-2025, 14:58
DİLİN İŞIĞINI QORUMAQ
25-12-2025, 23:12
Mürsəl Eminov: “Zəfərdən suverenliyə - Prezident İlham Əliyevin quruculuq strategiyası”
24-12-2025, 00:18
Vüsal Hüseynov: Qələbəmizin və İnkişafımızın Simvolu










