
14 iyul 2026-cı il tarixdə Slovakiya Respublikasının Prezidenti cənab Peter Pelleqrinin ölkəmizə səfəri zamanı Şuşada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxış edib. Dövlətimizin başçısı öz çıxışında vurğulayıb ki, Slovakiya - Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir və siyasi təmaslar artıq müntəzəm xarakter alıb. Prezident cənab İlham Əliyev ötən ilin sonunda Slovakiyaya etdiyi rəsmi səfəri məmnunluqla xatırladığını bildirərək göstərilən qonaqpərvərliyə görə Slovakiya tərəfinə təşəkkür edib. Qeyd olunub ki, iki ölkə arasında münasibətlərin dinamik inkişafı tərəflərin qarşılıqlı niyyətini nümayiş etdirir. Görüş zamanı bir çox məsələlər müzakirə olunub, gündəliyin kifayət qədər geniş olduğu və müxtəlif istiqamətlər üzrə yalnız dialoqun deyil, praktiki əməkdaşlığın da aparıldığı vurğulanıb. Prezident cənab İlham Əliyev bildirib ki, Slovakiya - Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə təsdiqləyir. Xatırladılıb ki, 2024-cü ildə iki ölkə arasında strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalanıb və bu sənədin icrası artıq konkret nəticələrlə göz önündədir. Dövlətimizin başçısı qeyd edib ki, fəal siyasi təmaslar və birgə layihələrin həyata keçirilməsi güclü siyasi iradənin göstəricisidir.
Dövlətimizin başçısı qeyd edib ki, biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir. Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti “Ağıllı kənd” layihəsini icra edir. Bu dəstəyə və Qarabağın bərpasına verdiyiniz töhfəyə görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm.
Görüş zamanı müzakirə edilən məsələlər arasında təbii ki, ənənəvi məsələlər üstünlük təşkil edirdi. Ticarət, iqtisadi əlaqələr, energetika sahəsində əməkdaşlıq, hərbi- texniki sahədə əməkdaşlıq və digər sahələr prioritet təşkil edir. Bütün bu məsələlər arasında açıq səmimi müzakirələr aparılıb.
Mənim dəvətimi qəbul etdiyi və o cümlədən səfərini Qarabağa etdiyi üçün cənab Prezidentə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bu, bir daha münasibətlərimizin nə qədər səmimi və mehriban olduğunu göstərir.
Prezident cənab İlham Əliyev çıxışında əminliklə ifadə edib ki, Slovakiya ilə Azərbaycan arasında münasibətlər bundan sonra da uğurla inkişaf edəcək. Dövlətimizin başçısı bildirib ki, hər iki ölkə konkret nəticələrə əsaslanan əməkdaşlığa üstünlük verir və ikitərəfli münasibətlərə böyük önəm göstərir. Onun sözlərinə görə, son illər ərzində ölkələr arasında möhkəm tərəfdaşlıq münasibətləri formalaşıb. Prezident cənab İlham Əliyev, həmçinin qeyd edib ki, Prezident Peter Pelleqrini Azərbaycana ilk dəfə səfər etmir. O vurğulayıb ki, Peter Pelleqrini əvvəllər Slovakiya parlamentinin sədri və Baş naziri kimi ölkəmizə səfərlər edib, Prezident kimi isə beynəlxalq iqlim konfransında iştirak edib. Hazırkı rəsmi səfərin də Azərbaycan-Slovakiya əməkdaşlığının daha da genişlənməsinə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.
Bakıxanov qəsəbəsi, Rasim Quliyev adına 107 nömrəli tam orta ümumtəhsil məktəbinin tərbiyə işləri üzrə direktor müavini Esmira Əliyeva
Bölməyə aid digər xəbərlər







