Cənab Prezident İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrinin Şuşadakı görüşü Azərbaycan-Slovakiya strateji tərəfdaşlığının yeni mərhələsinin başlanğıcını göstərir

Cənab Prezident İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrinin Şuşadakı görüşü Azərbaycan-Slovakiya strateji tərəfdaşlığının yeni mərhələsinin başlanğıcını göstərir

2024-cü il iyulun 14-də Şuşada Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri çərçivəsində Cənab Prezident İlham Əliyev mətbuata bəyanatla çıxış edib.Cənab Prezident İlham Əliyev qeyd edib ki, Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir. Siyasi təmaslar müntəzəm xarakter alır. Keçən ilin sonunda Slovakiyaya etdiyi rəsmi səfəri xatırladan dövlətimizin başçısı ona göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Vurğulanıb ki, belə dinamik əlaqələrin inkişafı iki tərəfin qarşılıqlı niyyətini əks etdirir. Görüş zamanı bir çox məsələlər müzakirə olunub və gündəliyin kifayət qədər geniş olduğu bir daha təsdiqlənib. Nümayəndə heyətlərinin tərkibi isə əməkdaşlığın hansı istiqamətlər üzrə getdiyini və təkcə dialoqun deyil, həm də praktiki işlərin aparıldığını göstərir.Bəyanatda diqqətə çatdırılıb ki, Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir.
2024-cü ildə iki ölkə arasında strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalanıb. Bəyannamənin icrası göz önündədir. Çünki belə fəal siyasi təmaslar və birgə layihələrin icra olunması güclü siyasi iradə tələb edir.Cənab Prezident İlham Əliyev Slovakiyanın Qarabağın bərpasında fəal iştirakını xüsusi vurğulayıb. Bildirilib ki, görüşdən sonra Prezident Peter Pelleqrini ilə birlikdə Ağdam rayonunun Baş Qərvənd kəndinə gediləcək. Orada Slovakiya şirkəti “Ağıllı kənd” layihəsini icra edir. Bu dəstəyə və Qarabağın bərpasına verilən töhfəyə görə minnətdarlıq ifadə olunub.Müzakirə edilən məsələlər arasında ənənəvi istiqamətlər üstünlük təşkil edib: iqtisadi-ticari əlaqələr, energetika sahəsində, hərbi-texniki sahədə əməkdaşlıq və digər sahələr. Bütün bu məsələlər ətrafında səmimi və açıq müzakirələr aparılıb. Nümayəndə heyətlərinin üzvləri həm görüş günü, həm də növbəti gün daim təmasdadırlar. Slovakiya Prezidentinin səfəri Bakıda davam edəcək.Cənab Prezident İlham Əliyev səfərin Qarabağa təşkil olunmasının iki ölkə arasındakı münasibətlərin nə qədər səmimi və mehriban olduğunu göstərdiyini bildirib. Əminlik ifadə olunub ki, bundan sonra da bu münasibətlər uğurla inkişaf edəcək. Çünki hər iki tərəf konkret işlərin tərəfdarıdır və ikitərəfli münasibətlərə böyük önəm verir. Son illər ərzində çox güclü tərəfdaşlıq yaradılıb.Qeyd olunub ki, Prezident Peter Pelleqrini Azərbaycana ilk dəfə səfər etmir. O, hələ əvvəlki vəzifələrində - həm parlamentin sədri, həm də Baş nazir kimi Azərbaycanda olub. Prezident kimi isə beynəlxalq iqlim konfransında iştirak edib və bu gün rəsmi səfərdədir.
Elxan İsmayılov
192 nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəllimi


Tarix: Bu gün, 11:25


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031