Azərbaycanda fəaliyyət göstərən alman kapitalı

Azərbaycanda fəaliyyət göstərən alman kapitalı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniyaya rəsmi səfəri çərçivəsində bəyan etdiyi bu fikir təkcə cari iqtisadi tərəfdaşlığın miqyasını deyil, həm də kökləri iki əsrə söykənən dərin və mütərəqqi əməkdaşlıq ənənəsini bir daha gündəmə gətirdi. Bəs XIX əsrin əvvəllərində kiçik alman məskənlərindən başlayan bu biznes yolu AXC dövründən keçərək müasir müstəqil Azərbaycanda hansı inkişaf mərhələlərini qət edib?
Alman sənayeçilərinin və sahibkarlarının Azərbaycandakı fəaliyyət tarixi 1818–1819-cu illərdə "Yelenendorf" (indiki Göygöl) və "Annenfeld" (indiki Şəmkir) məskənlərinin salınması ilə başlamışdır. Qısa müddətdə bu icma regionun kənd təsərrüfatı və sənaye həyatında aparıcı qüvvəyə çevrilmişdir. XIX əsrin ikinci yarısında Vohrer və Hummel qardaşları Azərbaycanda müasir şərabçılıq və konyak istehsalının təməlini qoydular. Eyni zamanda, dünya şöhrətli “Siemens” qardaşları Gədəbəy və Daşkəsən mis mədənlərinin istismarını öz üzərinə götürərək Cənubi Qafqazda ilk su-elektrik stansiyalarından birini inşa etdilər, su kəmərləri və dəmir yolu xətləri çəkdilər. Bakıda ilk telefon xətlərinin çəkilməsində də alman mühəndisliyinin müstəsna rolu olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920) dövründə alman icması və biznesi tam hüquqlu subyekt kimi tanınmışdır. AXC Parlamentində alman azlığını Lorenz Kuhn təmsil edirdi. Cümhuriyyət hökuməti alman sahibkarlarının mülkiyyət hüquqlarını tam qoruyur, Almaniya ilə ticarət və iqtisadi əlaqələrin genişləndirilməsini prioritet vəzifə hesab edirdi.
1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra alman kapitalı ölkə iqtisadiyyatına yenidən inteqrasiya olunmağa başladı. 2012-ci ildə Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) təsis edilməsi ikitərəfli biznes əlaqələrini institusional müstəviyə daşıdı və Almaniya şirkətlərinin yerli bazara marağını kəskin artırdı.
Bu gün Azərbaycanda fəaliyyət göstərən 200-dən çox alman kapitalı şirkət ölkə iqtisadiyyatının modernləşməsində fəal iştirak edir:
Prezident İlham Əliyevin vurğuladığı kimi, iki ölkə arasındakı əməkdaşlıq xüsusilə iki strateji istiqamətdə sürətlə genişlənir:
“Bərpa olunan enerji: Almaniyanın texnoloji təcrübəsi Azərbaycanın Qarabağ, Şərqi Zəngəzur və Xəzər dənizində icra etdiyi "yaşıl enerji" layihələri ilə üst-üstə düşür.
Orta Dəhliz (Middle Corridor) - Şərqlə Qərbi birləşdirən nəqliyyat-logistika marşrutunda Azərbaycanın mərkəzi qovşağa çevrilməsi alman logistika nəhəngləri üçün yeni imkanlar açır”.
Nəticə etibarilə, XIX əsrdə Gədəbəy mədənlərindən və Göygöl bağlarından başlayan alman-azərbaycan iqtisadi tərəfdaşlığı bu gün 200-dən çox müasir şirkətin fəal iştirakı ilə davam edir və gələcəyin dayanıqlı texnologiyalarına doğru inamla irəliləyir.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta ümumtəhsil məkətbinin tarix müəllimi Əzizzadə Nəzakət


Tarix: Dünən, 11:43


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031