
Avropa ölkələrinin Azərbaycana marağının artması Prezident İlham Əliyevin yüksək şəxsi nüfuzu, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, regional və qlobal məsələlərin həllində rolunun genişlənməsi ilə bağlıdır. Bu maraq dövlət və hökumət başçılarının, Avropa İttifaqının yüksək vəzifəli nümayəndələrinin Azərbaycana səfərlərində, dövlətimizin başçısı ilə görüşlərində və yeni əməkdaşlıq təşəbbüslərində özünü göstərir.
Əsas məqamlardan biri Prezident İlham Əliyevin beynəlxalq platformalarda keçirdiyi bir sıra ikitərəfli görüşlərin qarşı tərəfin müraciəti və sorğusu əsasında təşkil edilməsidir. Davosda, Münxendə və digər platformalarda keçirilən görüşlər məhz bu qaydada baş tutub. Avropa İttifaqının yüksək vəzifəli nümayəndələrinin Azərbaycana səfərləri dövlətimizin başçısının şəxsi nüfuzunu, ölkəmizin artan gücünü və etibarlı dialoq tərəfdaşı kimi mühüm rolunu göstərən nümunələr kimi diqqətəlayiqdir. Bu baxımdan 2025-ci ildə Aİ-nin ali nümayəndəsi Kaya Kallasın, təşkilatın genişlənmə üzrə komissarı Marta Kosun, eləcə də 2026-cı ilin martında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensenin sədərlərini, cari ilin iyulunda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana işgüzar səfərini xüsusilə vurğulamaq lazımdır.
Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. 2022-ci ildə Azərbaycanla Aİ arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu gün Azərbaycan 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə qaz ixrac edir və bu coğrafiya genişlənməkdədir. Yaşıl enerji sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Xəzər dənizinin külək enerjisi potensialı, günəş enerjisi layihələri, Mərkəzi Asiya ilə yaşıl enerji dəhlizləri və Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi Avropa bazarları ilə əlaqələrin genişləndirilməsinə xidmət edir. Nəqliyyat və logistika sahəsində Orta Dəhliz, Şərq-Qərb və Şimal-Cənub marşrutları Azərbaycanın Avropa ilə Asiya arasında mühüm tranzit mərkəzi kimi əhəmiyyətini artırır.
Xüsusi məqamlardan biri də Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində Prezident İlham Əliyevin Britaniyanın Baş naziri Endi Borhemlə görüşü və “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanmasıdır. 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin 12-ci Zirvə Toplantısının Bakıda keçirilməsi barədə razılıq ölkəmizin Avropa siyasi dialoqunda artan iştirakının mühüm göstəricisidir. Dövlətimizin başçısı 2026-cı il mayın 4-də İrəvanda keçirilən 8-ci Zirvə Görüşündə videobağlantı vasitəsilə çıxışında Azərbaycanın namizədliyinin qəbul edildiyini və ölkəmizin 2028-ci ilin mayında ASB iştirakçılarını qəbul edəcəyini bildirdi. Dövlətimizin başçısının bu çıxışı “Avropa Siyasi Birliyi”nin fəaliyyətində ölkəmizin gələcək rolunu müəyyənləşdirən mühüm siyasi hadisədir.
Nəbi Hacıyev – YAP Sabunçu rayon təşkilatının məslətçisi
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.