
Nyu-Yorkda Türkiyə və Fransa prezidentləri Rəcəb Tayyib Ərdoğanla Emmanuel Makron arasında görüş keçirilib.
““Yeni Şafak”a istinadən xəbər verir ki, iki ölkə liderinin görüşü BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində təşkil edilib. Tərəflər Türkiyə-Fransa münasibətləri başda olmaqla regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Danışıqlardan əvvəl isə Ərdoğanla Makron arasında maraqlı dialoq baş tutub.
Belə ki, Ərdoğan Makrona “Necəsiniz?” sualını ünvanlayıb, Fransa lideri isə cavabında yaxşı olduğunu bildirib.
Bunun ardınca, Türkiyə prezidenti fransalı həmkarına zarafatla “Yaxşı imiş, demək ki, yaxşı olduğu zamanlar da olur” deyib.
İki ölkə liderinin dialoqunun görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb və gündəm olub.
Həmin görüntüləri təqdim edirik:
<embed width="100%" height="480" src="https://qafqazinfo.bax.tv/embed/214154.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler" frameborder="0" webkitAllowFullScreen mozallowfullscreen allowFullScreen></embed>
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.