
Fələstinin HƏMAS hərəkatı bu gün sərbəst buraxmağı planlaşdırdığı israilli girovların siyahısını açıqlayıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, siyahıda 20 israilli şəxsin adı yer alıb.
Həmin girovların yaxın saatlarda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşlarına təhvil veriləcəyi gözlənilir.
“Al Aqsa” telekanalı BQXK əməkdaşlarının artıq girovların təhvil veriləcəyi əraziyə yollandığını bildirib.
Onu da qeyd edək ki, İsrail və HƏMAS arasındakı razılaşma çərçivəsində İsrail təqribən 2000 fələstinli məhbusu azad edəcək. Onlardan əksəriyyəti Qəzzaya və yaxud qonşu ölkələrə göndəriləcək.
İsrailin “Kan” radiosunun məlumatına görə, HƏMAS 7 nəfərdən ibarət ilk qrupu BQXK nümayəndələrinə təhvil verib.
Həmin şəxslərin vəziyyətinin qənaətbəxş olduğu, sərbəst yeriyə bildikləri qeyd olunub.
Digər girovların isə gün ərzində sərbəst buraxılacağı gözlənilir.
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.