23:40 / 30-03-2026
Tural Məmmədov: Qan yaddaşı
Tolik şikayət etdi, tiktoker 10 sutkalıq həbs olundu

Tolik şikayət etdi, tiktoker 10 sutkalıq həbs olundu

Aparıcı Tarix Əliyevi (Tolik) təhqir edən tiktoker Zaur Qasımov inzibati qaydada həbs edilib.

“Qafqazinfo”nun məlumatına görə, Nərimanov Rayon Məhkəməsi aparıcının şikayəti əsasında belə qərar çıxarıb.

Protokolda yazılıb ki, Zaur Qasımov “TikTok”da canlı yayım zamanı Toliki təhqir edib. Daha sonra hirsi soyumayan şəxs aparıcıya zəng edərək şəxsinə qarşı nalayiq sözlər işlədib.


Tarix Əliyev bu barədə polisə rəsmi qaydada müraciət edib. Şikayətçi olduğu şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Hakim Xalidə Əlisoyun qərarı ilə Zaur Qasımov xırda xuliqanlıqda təqsirli bilinərək inzibati qaydada 10 sutka müddətinə həbs edilib.


Tarix: 8-10-2025, 13:54


Bölməyə aid digər xəbərlər


«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930