23:40 / 30-03-2026
Tural Məmmədov: Qan yaddaşı
Yolu “qırmızı”da keçən zibil maşını belə aşdı - Video

Yolu “qırmızı”da keçən zibil maşını belə aşdı - Video

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtın Binəqədi rayonu, Xocəsən yolu ilə Çingizxan küçəsinin kəsişməsində baş verən yol-nəqliyyat hadisəsinin görüntülərini yayıb.

“Qafqazinfo” xəbər verir ki, hadisənin məişət tullantıları daşıyan texnikanın işıqforun qırmızı işığında hərəkətinə davam etməsi səbəbindən baş verdiyi bildirilib.

Mərkəz sürücülərə qırmızı işıqda hərəkətin təhlükəsi ilə bağlı xəbərdarlıq edib:

“Bu qəzanın qarşısını almaq üçün sadəcə işıqforun qırmızı işığında dayanmaq kifayət idi. Qaydaları pozan sürücülər yollarda real təhlükə yaradırlar. Nizamlanan yolayrıcına yaxınlaşarkən sürət həddi nizamlayıcının siqnallarına uyğun tənzimlənməli, sarı işıq yananda isə sürət azaldılaraq nəqliyyat vasitəsi tam dayandırılmalıdır.

Əks təqdirdə, sürücü gedişi başa çatdıra bilmir, qırmızı işıqda keçmək məcburiyyətində qalır və bu da qəzaların baş verməsinə səbəb olur. Unutmayaq ki, belə qayda pozuntuları çox vaxt insanların xəsarət alması və ya həyatını itirməsi ilə nəticələnir”.

<embed width="100%" height="480" src="https://qafqazinfo.bax.tv/embed/214489.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler" frameborder="0" webkitAllowFullScreen mozallowfullscreen allowFullScreen></embed>


Tarix: 6-10-2025, 10:31


Bölməyə aid digər xəbərlər


«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930