Bu gün Akademiyanın 80 illiyi yalnız vaxtın keçidini simvolizə etmir

Bu gün Akademiyanın 80 illiyi yalnız vaxtın keçidini simvolizə etmir

2025-ci il 3 noyabr tarixində Bakı şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş rəsmi yığıncaq keçirildi. Bu yubiley həm elm ictimaiyyəti,həm də dövlət səviyyəsində böyük önəmə malik idi. Tədbirdə Prezident İlham Əliyev iştirak etmiş və alimlər,elm sahəsində çalışanlar,həmçinin xarici qonaqlar qarşısında nitq söyləmişdir.
Bu gün Akademiyanın 80 illiyi yalnız vaxtın keçidini simvolizə etmir. Bu həm də Azərbaycan elminin çətin məqamlardan, transformasiyalardan keçərək gələcəyə doğru addımlamasının simvoludur.
Prezidentin çıxışı müxtəlif mövzuları birləşdirən məzmunlu və dərin düşüncələr ilə zəngin idi. Prezident çıxışında AMEA-nın 80 il ərzində keçdiyi inkişaf yoluna diqqət çəkdi. O vurğuladı ki, müxtəlif ictimai- siyasi sistemlər altında yaşasaq da,elmin inkişafına diqqət qorunub saxlanılıb.
Bu konteksdə, Ulu öndər Heydər Əliyevin elmi siyasətinin rolu xüsusi vurğulandı. 1970-ci illərdə Akedemiyanın fəaliyyəti gücləndirilib,yeni institutlar yaradılıb, elmi çalışmalar üçün vəsait ayrılıb.
Prezident qeyd etdi ki, müstəqilliyin ilk illərində ölkə çox çətinliklər yaşamışdır.İqtisadi böhran, torpaqların işğalı və maliyyə məhdudiyyətləri. Buna baxmayaraq, elmə ayrılan vəsaitlər qorunub saxlanıb və getdikcə artırılıb. Prezident yeni infrastrukturun yaradılması, laboratoriyaların avadanlıqlarla təmin edilməsi kimi mühüm addımlardan da danışdı. Çıxışın diqqət çəkən nöqtələrindən biri dil və elm arasında bağlılıq idi.Prezident vurğuladı ki, Azərbaycan dili və elm milli kimliyin dayaqlarıdır. Xarici sözlərin dilimizə çox daxil olmasına qarşı çıxış edərək, milli sözlərin qorunmasına çağırdı.
Bu fikir yalnız dilçilik problemi deyil, həm də elmi mədəniyyətin müstəqilliyinin simvoludur.

Sabunçu qəsəbəsi, 170 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Zahidə Əzizova


Tarix: Bu gün, 14:26


Bölməyə aid digər xəbərlər