
Hər bir suveren dövlətin təməli, vətəndaş hüquq və azadlıqlarının qarantı onun Əsas Qanunudur. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilmişdir.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan bu tarixi sənəd demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun möhkəm təməlini qoymuşdur. Ümummilli Llider qeyd etmişdir:
“Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.”
Cənab Prezident İlham Əliyev Konstitusiyamızın əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir:
“1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir.”
Ölkəmizdə qanunun aliliyini qoruyan Konstitusiya Məhkəməsi fəaliyyət göstərir. Suverenliyimizin bərpa olunduğu bu qürurlu dövrdə, 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir.
Məktəbimizdə şagirdlərimizə hüquqi biliklərin aşılanması, vətənpərvərlik və qanunlara hörmət ruhunun tərbiyə olunması əsas prioritetlərimizdəndir.
Bütün kollektivimizi və xalqımızı bu əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edirik!
Sabunçu rayonu Rasim Quliyev adına 107 nömrəli tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Səfərova Aynura
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.