
Prezident İlham Əliyevin İrlandiyaya səfəri Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, Avropa ilə siyasi və iqtisadi əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Noyabrın 12-də Dublində keçirilən Avropa Siyasi Birliyinin (ASB) 9-cu Zirvə toplantısı “güclü, təhlükəsiz və əlaqəli Avropa” şüarı altında keçirildi və sammitdə 40-dan çox dövlət və hökumət başçısının iştirakı Avropa qitəsinin qarşılaşdığı təhlükəsizlik, enerji, nəqliyyat və siyasi çağırışların müzakirəsi üçün geniş platforma yaratdı. Azərbaycan Prezidentinin bu tədbirdə iştirakı göstərdi ki, Avropanın təhlükəsizlik arxitekturası, nəqliyyat-kommunikasiya əlaqələri və regional siyasi prosesləri ilə bağlı müzakirələrdə Azərbaycanın da mövqeyi nəzərə alınır.
Böyük Britaniya ilə bu istiqamətdə əməkdaşlıq isə ölkəmizin tranzit imkanlarının və beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə əlavə təkan verə bilər. Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi də tərəfdaşlığın mühüm prioritetlərindəndir. Müasir təhlükəsizlik çağırışları dövlətlərdən daha çevik koordinasiya, institusional dayanıqlılıq və birgə fəaliyyət tələb edir. Bəyannamədə müdafiə potensialının artırılması, təlim və təcrübə mübadiləsi, müdafiə sənayesi, sərhəd idarəçiliyi və hüquq-mühafizə sahələrində əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma iki ölkənin təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətini daha praktik müstəviyə keçirir. İqtisadi əməkdaşlığın genişləndirilməsi isə yeni strateji tərəfdaşlığın əsas sütunlarından biridir. Azərbaycan və Böyük Britaniya arasında enerji sektorunda formalaşmış uğurlu əməkdaşlıq artıq daha geniş iqtisadi gündəliklə tamamlanır. Bərpaolunan enerji, infrastruktur, maliyyə, xidmətlər, logistika və investisiya sahələrində yeni imkanların yaradılması ikitərəfli münasibətlərin iqtisadi əsaslarını gücləndirəcək.
Xüsusilə, yaşıl enerji və aşağı karbonlu texnologiyalar üzrə əməkdaşlıq Azərbaycanın iqtisadi şaxələndirmə strategiyası ilə uzlaşır. Ölkəmizin bərpaolunan enerji potensialı, enerji təhlükəsizliyinə verdiyi töhfə və Avropa bazarları ilə formalaşmış əlaqələri bu sahədə yeni tərəfdaşlıqlar üçün əlverişli zəmin yaradır. Böyük Britaniyanın maliyyə, texnologiya və investisiya imkanları ilə Azərbaycanın strateji coğrafi mövqeyi və iqtisadi potensialının uzlaşdırılması qarşılıqlı faydalı nəticələr vəd edir. Bəyannamədə Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın rolunun xüsusi vurğulanması da diqqətəlayiqdir. Bu mexanizm siyasi razılaşmaların konkret iqtisadi təşəbbüslərə çevrilməsi, investisiya layihələrinin irəlilədilməsi və biznes əlaqələrinin genişləndirilməsi üçün mühüm platformadır. Əsas hədəf əməkdaşlığın yalnız mövcud potensialla məhdudlaşmaması, yeni bazarlara, investisiya imkanlarına və biznes tərəfdaşlıqlarına yol açmasıdır.
Ruhin Orucov – Bakıxanov bələdiyyəsinin sədri
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.