12:14 / 28-01-2025
Baş nazir QƏRAR İMZALADI
Firidun müəllim Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləyir

Əli Budaqov: Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir

Firidun müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Firidun müəllimin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Firidun müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Firidun müəllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Firidun müəllim Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Firidun müəllim - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi. 
Biz bir xalq olaraq tariximizin ən şərəfli dönəmini yaşayırıq. Azərbaycan ərazi bütövlüyünü tam təmin edib. Bu yolun Cəbrayıldan keçməsi isə strateji və hərbi əməliyyatlar baxımından çox əhəmiyyətlidir. Bildiyimiz kimi, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi.
Cəbrayılın ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhali əsasən, üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayonun tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı.
Bu rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, iri və xırda buynuzlu mal-qaranın kökəltmə birliyi, quşçuluq fabriki fəaliyyət göstərirdi. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində məskunlaşmışlar. 2020-ci il sentyabrın 27-də Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, oktyabrın 4-də Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi. Qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan Bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti var.
Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu. Bu istehkamları yarmaq böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Əməliyyatın əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks-hücum mümkün olmuşdur.
“Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi, 4-6 zolaqlı yol çəkilməsi, yeni yaşayış binalarının tikilməsi, məktəb, səhiyyə ocaqlarının yaradılması və digər mühüm işlər yüksək səviyyədə həyata keçirilir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı isə daha böyük quruculuqdan xəbər verir. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir. Bu Qələbə ordumuzun hər bir mənsubunun fədakarlığının, qəhrəmanlığının nəticəsidir. İşğaldan ilk azad edilən ərazilərimizdən olan Cəbrayıl da erməni vandalizmindən çox ciddi zərər görüb, bütün maddi-mədəni irs tamamilə dağıdılıb.
Prezident İlham Əliyevin siyasəti nəticəsində Qarabağ və Şərqi Zəngəzura həyat yenidən qayıdır. Cəbrayıla qayıdış hələ Aprel döyüşləri zamanı əldə edilən Qələbədən sonra başlamışdı. O zaman Cocuq Mərcanlı kəndinə sakinlərin qayıtması ilə Böyük Qayıdışın əsası qoyuldu. Beləliklə, öz ev-eşiyindən, doğma yurd-yuvasından məcburi köçkün düşmüş bir milyondan çox soydaşımızın 30 il həsrətlə gözlədiyi Böyük Qayıdış məhz Cəbrayıl rayonundan başladı.


Tarix: 7-10-2024, 12:13


Bölməyə aid digər xəbərlər