Ağgöl Milli Parkının mühafizəçisi Rahim Gəncəliyev Azərbaycanın ekoloji irsinin qorunması və milli parkın inkişafı istiqamətində gördüyü işlərlə daim diqqət mərkəzində olan bir şəxsdir. Onun rəhbərliyi altında Ağgöl Milli Parkı, unikal flora və faunası ilə Azərbaycanın milli sərvətinə çevrilib. Təbiətin qorunmasında göstərdiyi əzmkarlıq, xüsusi ilə milli parkın ərazisində mühafizənin gücləndirilməsi, bioçeşidliliyin qorunması və parkın turizm potensialının artırılması sahəsində əldə etdiyi uğurlar danılmazdır.
Rahim Gəncəliyev həmçinin sosial məsuliyyətli bir şəxs kimi tanınır. Şəhid ailələrinə, qazilərə və ehtiyacı olan ailələrə dəstək göstərməsi onun vətənpərvərliyindən və xalqına bağlılığından xəbər verir. O, şəhid ailələrinin hər zaman yanında olaraq onlara mənəvi dayaq olmaqla, bu müqəddəs dəyərlərin yaşadılmasında mühüm rol oynayır. Bu yanaşması Rahim Gəncəliyevi xalq arasında daha da sevimli və hörmətli şəxsiyyətə çevirib.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı fikirlərini bölüşən Rahim Gəncəliyev bu bayramın Azərbaycanın milli birliyini, xalqın həmrəyliyini və diaspor təşkilatlarının fəaliyyətinin önəmini simvolizə etdiyini vurğulayıb. O, qeyd edib ki, bu gün, ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi ilə təsis edilmiş bir bayramdır və dünya azərbaycanlılarını bir araya gətirərək milli ruhu daha da möhkəmləndirir.
Mətbuatda yayımlanan bəzi tənqidlərə gəldikdə, Rahim Gəncəliyev bu ittihamları əsassız və yalan adlandırıb. Ağgöl Milli Parkının mühafizəsi onun prioritetidir və o, bu istiqamətdə hər zaman şəffaflıq və qanun çərçivəsində çalışdığını bildirir. Mətbuatda yayılan "balıqların satılması" kimi iddiaların heç bir hüquqi əsası olmadığını və bunun parkın adını ləkələməyə yönəlmiş böhtan kampaniyası olduğunu vurğulayıb. O, bu cür şər və böhtanlara qarşı hüquqi müstəvidə mübarizə aparmaqda qərarlı olduğunu qeyd edib.
Rahim Gəncəliyev həm də bildirib ki, bu cür əsassız iddialar milli parkın inkişafına mane olmaq istəyən qərəzli şəxslərin fəaliyyətinin nəticəsidir. Lakin o, öz işinə olan bağlılığı ilə parkın qorunması və inkişaf etdirilməsi yolunda heç bir çətinlikdən çəkinməyəcəyini ifadə edib. Onun fikrincə, ən yaxşı cavab görülən işlər və xalqın dəstəyidir.
Ağgöl Milli Parkının mühafizəçisi Rahim Gəncəliyev milli irsimizi qorumağa, vətəndaşlara təmiz və gözəl təbiət mühiti təqdim etməyə, eyni zamanda şəhid ailələrinə dəstək verməyə davam edəcək. Onun fədakarlığı və vətənpərvər fəaliyyəti Azərbaycanın ekoloji və sosial inkişafına əvəzsiz töhfələr verir.
Bölməyə aid digər xəbərlər